Hacıqabulda yanaraq ölən ana və övladlarının FOTOSU

Hacıqabulda yanaraq ölən ana və övladlarının FOTOSU

Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğında həyatını itirən yeniyetmələr qəsəbədəki R.Qənbərov adına 2 saylı tam orta məktəbin şagirdləri imiş.

 

Sfera.az xəbər verir ki, taxta konstruksiyalı barak tipli yataqxanadakı yanğında anaları və nənələri ilə birgə yanaraq ölən 11 yaşlı Elgün Sadıqov altıncı, 13 yaşlı bacısı Zəhra isə yeddinci sinif şagirdi imiş.

 

Məktəblilərin və yanğında vəfat edən anaları Aybəniz Abışovanın fotosunu təqdim edirik.

 

Qeyd edək ki, hadisə ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsində tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evində başlayıb. Yanğın daha sonra ikinci mərtəbədə Elçin Sadıqovun yaşadığı evə keçib. E. Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib. Lakin onun həyat yoldaşı, oğlu, qızı və həmin gün onlara qonaq gəlmiş qayınanası yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

 

Araşdırmalar davam etdirilir.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...