“Əsirlər azad edilməyənə qədər...” – İsrailli nazirdən QƏTİ MÖVQE
İsrailin energetika naziri İsrael Katz Qəzzaya elektrik, su və yanacaq verilməsi ilə bağlı çağırışlara cavab verib.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir elektrik, su və yanacaq verilməsi üçün şərtlərini açıqlayıb.
O bildirib ki, Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcək:
"Qəzzaya humanitar yardım istəyirlər. Heç kim bizə əxlaq dərsi verməməlidir. İsrailli məhbuslar evlərinə qayıdana qədər heç bir elektrik açarı açılmayacaq, su kranları açılmayacaq və yanacaq daşıyan maşınlar içəri girməyəcək”.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyi də İsrailin hücumları nəticəsində Qəzzada 1203 nəfərin öldüyünü, 5763 nəfərin yaralandığını açıqlayıb.
Vasif