"Aysun ikinci dəfə ailə quracaq, 4 gün toy olacaq" - Rəqsanə AÇIQLADI + VİDEO

Cəmiyyət
14:35 / 12.10.2023
11121
Müğənni Aysun İsmayılova ikinci dəfə ailə həyatı quracağını bildirib.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi özü ARB-də yayımlanan "Günə son" proqramına açıqlamasında deyib:
“Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o, ailə dağılarsa, artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, bəli olacaq”.
Bu barədə müğənni Rəqsanə də fikrini bildirib:
“Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu, mənim arzumdur".
Veriliş zamanı Aysunun toyunun qış aylarına təsadüf edəcəyi də vurğulanıb.
Qeyd edək ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.