Ərəb ölkələri HƏMAS-ın çağırışına səs verəcəkmi? – “Uzun müddətli dirəniş təşkil edilə bilər”

Ərəb ölkələri HƏMAS-ın çağırışına səs verəcəkmi? – “Uzun müddətli dirəniş təşkil edilə bilər”

HƏMAS Fələstin xalqının müharibədə tək olmadığını nümayiş etdirmək məqsədilə oktyabrın 13-nü ərəb və islam dünyasında səfərbərlik günü elan etməklə bu ölkələri də İsrailə qarşı mübarizəyə səsləyib.

 

Maraqlıdır, HƏMAS-ın çağırışı necə nəticələnəcək? Hansısa müsəlman ölkəsi bu çağırışa müsbət reaksiya göstərəcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bir neçə ölkənin gizli şəkildə HƏMAS-ın çağırışına qoşulacağını deyib. Müsahibimiz Qəzzaya doğru quru əməliyyatlarının başlayacağı təqdirdə müharibənin gedişatının dəyişəcəyini bildirib:

 

“Bu çağırışı ilk gündən aktualdır, çünki HƏMAS bilirdi ki, İsrail dövləti buna sərt cavab verəcək və müəyyən zamandan sonra bu proses Qəzza zolağına qarşı quru əməliyyatları ilə nəticələnəcək. Ona görə də bu müraciəti növbəti dəfə tirajlamaqla “Fələstin azadlığı” ideyası adı altında yeni bir dirəniş kampaniyası yaratmaq istəyirlər. Yəni bu, ciddi bir ideologiyadır. 10 illərdir ki, bu proses davam edir. Əlbəttə, bu çağırışa reaksiyalar olacaq. Gizli şəkildə də olsa bəsi ərəb dövlətlərindən, xüsusilə də Qətər, Səudiyyə Ərəbistanı və  Küveyt kimi ölkələrdən müəyyən maliyyə dəstəyi təmin olunacaq. Amma təkcə Fələstində, yəni Qəzzada olan HƏMAS hərbi qruplaşmasını maliyyələşdirmək və silahlandırmaq yetərli deyil. Bilirsiniz ki, indiki vəziyyətdə Qəzza blokada vəziyyətindədir. İki milyona yaxın əhalisi olan Qəzzadakı insanları ərzaqla təmin etməyə ehtiyac var və buna əlbəttə ki, böyük maliyyələr lazımdır. Bu xüsusda şübhə etmirəm ki, yardımlar olacaq”.

 

Ekspert düşünür ki, ərəb dövlətlərində vətəndaşlar tədricən bu dirəniş kampaniyasına qoşulacaqlar:

 

“Yəni HƏMAS-ın sıralarına qoşulub İsrail ordusuna qarşı vuruşanlar da olacaq. İsrailə qarşı ciddi dirənişin təşkil ediləcəyini proqnozlaşdırıram, bu isə müharibənin gedişatına təsirsiz ötüşməyəcək. İsrail ordusu nə qədər güclü olsa da, bir neçə cəbhəyə qarşı döyüşmək məcburiyyətində qalması onu işini çətinləşdirəcək. Hələlik Livandakı Hizbullah ordusu qismən bu müharibəyə qoşulub. Düzdür, indilikdə İsraillə Livan arasında  müharibə getmir. Ancaq Qəzzaya doğru quru əməliyyatları başladığı təqdirdə Hizbullah tam olaraq bu prosesə qoşulacaq”.

 

Politoloq müharibənin sülhlə nəticələnməsinin ən ideal variant olduğunu qeyd edib. Ekspert ABŞ-nin davamlı olaraq İsrailə yardım edə bilməyəcəyini də vurğulayıb:

 

“Başqa bir tərəfdən, bilirsiz ki, bir də İranın proksi qüvvələri var. Suriyadakı həmin qüvvələr də bu prosesə qoşulacaqlar. Digər tərəfdən, Qəzzanın tam blokadaya salınacağı təqdirdə Fələstinin digər bölgələrindən olan fələstinlilər də prosesə qoşulacaq. Dirənişin uzun müddətə təşkili baş tutarsa, İranın da prosesdə açıq iştirakçı olmaq ehtimalı artacaq. Həm kamikadze dronlar, həm də raketlərin təchizatı cəhətədən belə bir şey mümkündür.

 

Doğrudur, indiki vəziyyətdə ABŞ İsrailə yardım etməyə davam edir və bunun davamlı olacağını deyir. Ancaq hazırda Amerika Birləşmiş Ştatları həm Ukrayna, həm də İsrailə eyni vəziyyətdə böyük yardımlar edə biləcəyinin nə qədər davamlı olacağı sualı ortadadır. Yəni bu, mümkün deyil. Ona görə qısa müddətdə onlar müharibəni uğurla başa çatdırmaq istəsələr də, düşünürəm ki, bu alınmayacaq və hansısa mərhələdə yenə də Türkiyə kimi səmimi vasitəçilər, Misir kimi ölkələr sülh prosesində tərəf olacaqlar. Bu problemin yeganə ədalətli həlli sülh yoludur. Bu da 1967-ci ildə BMT-nin qəbul etdiyi qətnamə əsasında mümkündür. Bu qətnamədə Qüdsün şərq hissəsinin Fələstinin paytaxtı olması şərti ilə müstəqil Fələstin dövlətinin yaradılması nəzərdə tutulub”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...