Noyabrın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Noyabrın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 noyabr 2023-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

 

DİM-dən Sfera.az-a bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

 

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı

 

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il noyabr ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 12 oktyabr 2023-cü il saat 12:00-dan 9 noyabr 2023-cü il saat 12:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 50 yer ayrılıb.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 12 noyabr saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 1 noyabr saat 12:00-dək, AB, AC, BA qrupları üzrə isə 9 noyabr saat 12:00-dək həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...