Lavrovdan Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA: “Əminəm ki, Paşinyan…”

Lavrovdan Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA: “Əminəm ki, Paşinyan…”

“Rusiya ABŞ, Aİ və NATO-nun Cənubi Qafqazdakı maraqlarını Ermənistan vasitəsilə təşviq etmək cəhdlərini qeydə alır”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. O, qeyd edib ki, bölgədə antiRusiya əhval-ruhiyyəsinin güclənməsi süni xarakter daşıyır.

 

“Son illər Ermənistanda yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bəli, onlar əvvəl də çox idi, amma bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Tam əksi, onlar antiRusiya ovqatı üçün zəmin yaratmaq və Ermənistan vasitəsilə ABŞ, Aİ ölkələri və NATO-nun bu regionda maraqlarının təşviqinə yönəliblər”.

 

Lavrov bildirib ki, sözügedən addımlar müəyyən dərəcədə nəticələr yaradır: “Lakin biz əminik ki, erməni xalqının böyük əksəriyyəti Rusiya ilə ənənəvi qardaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Moskva İrəvanı fərqli istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, Paşinyanın xarici siyasət istiqamətlərinin dəyişməzliyi ilə bağlı səsləndirdiyi mövqeyin qalib gələcəyinə ümid edir”.

 

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin xarici siyasətində dəyişiklik etmək niyyətində olmadığını demişdi. 

 

Günay


OXŞAR XƏBƏRLƏR

Valentina Matviyenko Azərbaycan Prezidentini təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayı...

Azərbaycanda qoyun və keçi sayı sürətlə AZALIR - 5 ilin statistikası

Azərbaycanda son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.   Sfera.az rəsmi dövlət statistikasına əsasən xəbər verir ki, ölkəmizdə 2020-c...

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...

“Keşlə bazarı”nda söküntü işləri ertələndi - RƏSMİ

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədə...

“Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır” - VİDEO

“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet...