Ağ Ev Hizbullahın fəaliyyətindən narahatdır - Aralıq dənizinə ikinci təyyarədaşıyan gəmi göndərilir
Ağ Ev ABŞ-ın ikinci təyyarədaşıyan gəmisi “Dwight Eisenhower”in Aralıq dənizində yerləşdirildiyini rəsmi təsdiqləyib. Bu barədə bu gün, oktyabrın 11-də ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri Con Kirbi brifinqdə bildirib.
Sfera.az xəbər verir ki, “Dwight Eisenhower” nüvə təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizinə yola düşüb.
ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri Con Kirbi bildirib ki, Ağ Ev hələlik İsrail sahillərinə yaxınlaşmaqla bağlı yekun qərar qəbul etməyib, lakin gəmi bu istiqamətdə hərəkət edir.
HƏMAS-ın İsrailə hücumlarından sonra Pentaqon rəhbəri Lloyd Ostin İsrailə əlavə avadanlıq və resursların və ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun Şərqi Aralıq dənizinə göndərilməsi, döyüş təyyarələrinin sayının artırılması barədə göstəriş verib.Kirbi jurnalistlərə:
“Biz Livandan İsrailin şimal sərhəddinə edilən və Hizbullahdan qaynaqlanan bəzi raket hücumlarını narahatlıqla izləyirik"-deyə bildirib.
O vurğulayıb ki, Vaşinqton hələlik ikinci Amerika təyyarədaşıyıcısının İsrail sahillərində yerləşdirilməsi ilə bağlı yekun qərar qəbul etməyib, lakin gəmi bu istiqamətdə hərəkət edir. Kirbi həmçinin vurğulayıb ki, ABŞ İsrailin Dəmir Qübbə sistemləri üçün raket tədarükünü artırıb.
Milli Təhlükəsizlik Şurasının spikeri “USS Dwight Eisenhower”in Aralıq dənizinə əvvəlcədən planlaşdırılmış bir missiya ilə tezliklə çatacağının gözlənildiyini bildirib.
“Al-Arəbiyya” xəbər agentliyinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bu həftə bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığının gücləndirilməsi İran, Livan Hizbullahı və bu ölkədəki hər hansı digər etibarlı qüvvələr üçün çəkindirici siqnal rolunu oynayır, bölgə İsrailə qarşı ikinci cəbhə açmağı düşünür.
Bundan əvvəl Pentaqon Aralıq dənizinə ikinci təyyarədaşıyan gəminin göndərilməsi ilə bağlı sualı cavablandıraraq, Amerika qüvvələrinin İsrail sahillərinə yerləşdirilməsi variantlarını qiymətləndirməyə davam edəcəyini bildirmişdi.
"Duayt Eyzenhauer nüvə təyyarədaşıyıcısının Virciniyadan ayrılması və Yaxın Şərqə təhvil verilməsi bir neçə ay əvvəl planlaşdırılıb"- deyə departament əlavə edib, lakin İsrailin şimalında baş verən transsərhəd raket hücumlarından sonra təyyarədaşıyıcı qrupun havaya qalxdığını vurğulayıb.
Qeyd edək ki, ilk daşıyıcı qrup “USS Gerald R. Ford” təyyarədaşıyan qrupu vəziyyəti gərginləşdirəcək və ya Qəzza zolağı ilə İsrail arasında müharibəni genişləndirəcək hər kəsin qarşısını almaq üçün Şərqi Aralıq dənizinə gəlib.
Bu, bir tərəfdən İsrailə güc və kömək nümayişidir, digər tərəfdən, Amerika gəmilərinin mövcudluğunun praktiki əhəmiyyəti var: gəmilər İsrail ordusu üçün təchizat əməliyyatları həyata keçirə, kəşfiyyat məlumatları toplaya və digər qüvvələri də münaqişədə iştirakdan çəkindirə və İsrailin raketdən müdafiəsini təmin edə bilər.
“USS Gerald R. Ford”un yerinə yetirə biləcəyi digər rol İsrail tərəfinin silah anbarını artırmaqdır. Bunun üçün vertolyotlardan istifadə edə, lazım gələrsə, yükü tez bir zamanda materikə çatdıra bilərlər.
ƏHƏMİYYƏTLİ
Xatırladaq ki, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderlərinin İsraildəki vəziyyətlə bağlı birgə bəyanatla çıxış edib. Sənəddə bildirilir ki, ABŞ və onun müttəfiqləri İsrailə güclü və vahid dəstəyini bildirir və HƏMAS-ın terror aktlarını birmənalı şəkildə pisləyirlər.
Aysel
Sfera.az