Bianca Censori italyan qohumlarını saymır

Bianca Censori italyan qohumlarını saymır

İtalyan kökləri olan reper Kanye Uestin həyat yoldaşı Bianca Censori bu ölkədəki qalmaqallı tətili zamanı bir dəfə də olsun qohumlarının yanına getməyib.

Sfera.az bildirir ki, mediaya danışan Biancanın Giulianovada yaşayan əmisi oğlu Fabiola Censori cütlüyün çox şey əldə etdiyini bildirib. Eyni zamanda o, ailə bağlarının praktiki olaraq kəsildiyindən şikayətlənib.
 

"Uzun illərdir ki, Biancanın ailəsindən heç birini burada görmürük. Əmim uşaqlarının ən böyüyü bir müddət əvvəl İtaliyaya gəlmişdi, uzun illərdir gəlmirdi. Bianca ilə heç vaxt tanış olmamışam, amma bunu etmək istərdim. İtaliyada tətildə olanda bizə baş çəkmədi. Biz ona atasının, bacı-qardaşlarının və nənə-babasının harada böyüdüyünü göstərə bilərdik. Atası buraya illər əvvəl gəlmişdi. Biz bütün ailə ilə gözəl bir axşam keçirdik və onu görmək çox gözəl idi. Bianca və Kanyeyə gəlincə, heç bir şərh vermək istəmirəm. Biz bir az diqqətdən kənarda qaldığımızı hiss edirik" - deyə Fabiola bildirib.
 

Özünü sadəcə Andrea adlandırmağı xahiş edən başqa bir qohum əlavə edib:

"Mən Bianca ilə heç vaxt görüşməmişəm, amma ümid edirəm ki, o, növbəti dəfə İtaliyada olanda gəlib bizə baş çəkəcək. Mən onun haqqında hər şeyi başqa qohumlarından eşitmişəm; o, çox şən görünür. Onunla bir axşam keçirməyi düşünürəm və Kanye də çox maraqlı olacaq”.

 

Bianca Censori anası və bacıları ilə


Biancanın babası Filippo və Qrasiya Censori 1960-cı ildə beş uşağı ilə Giulianovadan mühacirət ediblər.

Biancanın beş yaşlı böyük əmisi Gianfranco qızılcadan öldüyü zaman ailə faciəni unutmaq üçün bir neçə il sonra yeni həyat axtarışına çıxıb.
 

Onlar Bonegilla kəndində məskunlaşıblar.
 

Biancanın atası və əmisi kriminal aləmdə məşhurdur. Bu, Uestlə evləndikdən sonra məlum olub və onlar diqqət mərkəzinə çevrilib.
 

İki aydan çox İtaliyada qaldıqları müddətdə cütlük özlərini xeyli rüsvay etməyə və yerli sakinləri qəzəbləndirməyə nail olublar. Biancanın mühafizəkar şəhərlərin küçələrində çox açıq-saçıq geyimlərdə görünməsi italyanları laqeyd qoya bilməzdi. Onlar səlahiyyətlilərdən yaraşmayan görünüşünə görə cütlüyün ccəzalandırılmasını tələb ediblər.
 

Cütlüyün Venesiyada bir əyləncə gəmisində sevişmələri isə qığılcımı daha da alovlandırıb. Qayıq şirkəti musiqiçini qara siyahıya salıb və artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

7,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

Xocalıda qumbara partladı - 17 yaşlı oğlan xəsarət aldı

Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və...

Şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...