Ağaclara sipər qadınlar - Hindistanda Çipko hərəkatı

Ağaclara sipər qadınlar - Hindistanda Çipko hərəkatı

“Çipko” hərəkatı Hindistanda meşələrin qırılmasının qarşısını almaq üçün mübarizə aparan qadınların üsyanından yaranıb. 

 

Hindu dilində qucaqlaşmaq və ya qucaqlamaq mənasını verən “Çipko” fəal qadınlar öz etirazlarını kəsilmək üçün işarələnmiş ağac gövdələrini qolları ilə qucaqlayıb tərpənməkdən imtina etməklə ifadə ediblər. 

 

Sfera.az bildirir ki, “Çipko” hərəkatı kəndlilərin əsas gəlir mənbəyi olan meşənin əmtəələşdirmə siyasətinə qarşı 1970-ci illərdə yaranıb.

 

Bir neçə il ərzində Hindistanda yayılıb və meşə təsərrüfatı sahəsində islahatların aparılmasına imkan verib.

 

Bəzi mənbələrdə Çipko hərəkatına xas olan bu gözəl və təsirli hərəkət formasını tapan qadınlara qədim hind əfsanəsinin ilham verdiyi bildirilir. Hekayəyə görə, Maharacanın baltalı adamları yeni qalanın tikintisində istifadə etmək üçün kəndlilərin ağaclarını kəsməyə gəlirlər. Amrita Devi adlı qız ağacları qucaqlayaraq kəndlilərin qarşısını kəsib.


Bəzi mənbələrdə 1730-cu ildə baş vermiş və ağacları xilas etmək üçün 363 nəfərin həyatını fəda etdiyi çipko tipli hərəkatdan bəhs edilir.

 

Hekayələrin əsrlər boyu Himalay dağlarının ətəklərində yaşayan qadınların beynində qalmasının heç şübhəsiz konkret səbəbləri var idi. Təbiətin qorunması bu bölgədə yaşayan insanlar üçün həyati əhəmiyyət kəsb edirdi. Qida, yanacaq və heyvan yemi kimi əsas ehtiyacları qarşılayan meşədə su ehtiyatları da var idi. Üstəlik, yağışı udmaq və daşqınların qarşısını almaq üçün Himalay dağlarının dik yamaclarında meşələrə ehtiyac çox idi.

 

Bununla belə, Hindistan hökuməti xarici valyuta qazanmaq üçün daha çox taxta ixrac etmək istəyirdi. 1960-cı illərdən etibarən tacirlərə verilən icazələrlə ağacların kəsilməsi sürətləndi. Meşələrin parça-parça məhv edilməsi sürüşmə, daşqın, kimi təbii fəlakətlərə gətirib çıxardı. Bu geniş yayılmış səhralaşmadan ən çox zərər çəkənlər də qadınlar idi. Onlar meşədən yanacaq, yem və içməli su gətirmək üçün daha uzaqlara getməli olurdular. Fəlakətlər onların əkinlərinə ziyan vurmuş, evlərini itirən insanlar var idi.

 

Sonra kəndlilər və qadınlar dolanışıqlarını çətinləşdirən siyasətlərə qarşı kiçik qruplar şəklində təşkilatlanmağa başladılar. 1971-ci ilin oktyabrında və 1972-ci ilin sonlarında müxtəlif yürüşlər və etiraz aksiyaları keçirilib. Lakin onları həqiqətən hərəkətə gətirən hadisə 1973-cü il aprelin 24-də Mandal kəndində baş verib. Dövlətdən aldıqları tenderlə tennis raketkaları hazırlayan şirkət üçün ağac kəsməyə gələnlər nağara səsləri və şüarların müşayiəti ilə kənddən qovulub.

 

Son damla hökumətin Alaknanda çayına baxan Reni kəndi yaxınlığında 2500 ağac üçün yeni hərrac elan etməsi olub. Aparılan mitinqlər və toplantılar nəticəsində Renidə müqavimət göstərmək qərarı verilib. Tenderi alan şirkət və dövlət məmurları bu qərardan xəbərdar olduqları üçün etiraz göstərənlərin müqavimətlərini qırmaq üçün bir hiylə düşünüblər. 1974-cü il martın 26-da ağacların kəsiləcəyi gün kənddə yaşayan kişiləri onlara kompensasiya veriləcəyi bəhanəsi ilə yola salıblar.

 

Yaşı əlli yaşlarında olan dul qadın Qaura Devi kənddən 27 qadını toplayıb, qırğın dəstəsini görən kimi meşəyə qaçıb. Qadınlar bədənlərini ağaclara sipər ediblər. Silahlı şəxslər qışqırmağa və onları təhqir etməyə başlayanda ağacların kəsilməməsi üçün onları qucaqlayıblar. Təhdidlərdən qorxmayaraq, bütün gecəni meşədə keşik çəkiblər. Bu arada xəbər yayılıb və ertəsi gün başqa kəndlərdən də əlavə qüvvələr gəlib. Dörd gün davam edən müqavimət qələbə ilə başa çatıb. İşçilər gedib, podratçılar geri çəkilib.

 

Təbiətə və insanlara zərər verən meşələrin qırılması siyasətinə qarşı çıxan “Çipko” hərəkatı Hindistanın Uttarxand və Uttar Pradeş əyalətlərində belə yaranıb və yayılıb. Qadınların onurğa sütunu olduğu hərəkat fontanlarda, kənd yollarında, bazarlarda aparılan müzakirələrlə canlanıb. Bu, ekoloji maarifləndirməni artırıb və vətəndaş cəmiyyətini səfərbər edib. “Çipko” hərəkatı, bütün dünyada ətraf mühit və meşələrin mühafizəsi hərəkatlarına ilham verub. Bu gün o, həm də ekofeminist mübarizənin bir hissəsi kimi xatırlanır.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər...

Ceyhun Bayramov serbiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.   ...

Valentina Matviyenko Azərbaycan Prezidentini təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayı...

Azərbaycanda qoyun və keçi sayı sürətlə AZALIR - 5 ilin statistikası

Azərbaycanda son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.   Sfera.az rəsmi dövlət statistikasına əsasən xəbər verir ki, ölkəmizdə 2020-c...

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...