Misir humanitar dəhliz üçün 6 saatlıq atəşkəs təklif etdi

Misir humanitar dəhliz üçün 6 saatlıq atəşkəs təklif etdi

Misir məhdud atəşkəs çərçivəsində Qəzza zolağına yardım göstərmək planlarını müzakirə edir.


Sfera.az bildirir ki, Misirin anonim təhlükəsizlik mənbələri yardımın Qəzza zolağı ilə Misirin Sinay yarımadası arasındakı Rəfah sərhəd keçid məntəqəsindən keçəcəyini qeyd edib.


“Misir Birləşmiş Ştatlar və digər ölkələrlə məhdud atəşkəs şəraitində Qəzza zolağı ilə sərhəddən humanitar yardımın çatdırılması planlarını müzakirə edib”- deyə beynəlxalq ərəb kanalı “Al-Arabiya” məlumat yayıb.


Lakin İsrail Qəzza zolağına kömək etmək istəyən hər kəsi vuracağını bildirir. İsrail Qəzza zolağının ətrafında qadağa zonası elan edib və bölgəyə hər hansı bir yardım göstərməyə çalışan hər kəsə zərbə endirəcəyini bildirib. Bir gün əvvəl də Qəzza zolağına gedən humanitar yardım da daxil olmaqla istənilən yardımı vuracağı barədə Misiri xəbərdar edib.


“Al-Arabiya” də öz müxbirinə istinadən bildirib ki, Misir Misirlə Qəzza zolağı arasında yeganə olan Rəfah sərhəd-keçid məntəqəsini növbəti xəbərdarlığa qədər bağlayıb.

 

"Bu, ərazinin İsrailin bombardmanlarına məruz qalmasından sonra baş verir. İsrail Fələstinlilərlə birlikdə 75 illik tarixində Qəzza zolağına ən pis hava hücumlarını həyata keçirib”- deyə agentlik məlumat verib.
 

Eyni zamanda, oktyabrın 10-da İsrail Qəzza zolağı və ətrafında qapalı hərbi zona elan edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib ki, oraya giriş qəti qadağandır.
 

"IDF Qəzza zolağının qapalı hərbi zona elan edildiyini vurğulayır. Bir daha bildiririk ki, ora giriş qəti qadağandır, ciddi təhlükəsizlik təhdididir və cinayətdir. İDF əsgərləri ərazidə döyüşür və ora daxil olmaq insanların həyatını riskə atır. Bu, insanlara, həmçinin İDF-nin fəaliyyətinə ziyan vurur”- deyə mətbuat xidməti məlumat yayıb.
 

Xatırladaq ki, otyabrın 7-də Həmas yaraqlıları Qəzza zolağından İsrailə hücum edərək iki mindən çox raket atıblar. Bundan sonra HƏMAS ölkəyə qurudan hücuma başlayıb. Oktyabrın 8-də İsraildə rəsmən müharibə elan edilib. 50 ildir istifadə olunmayan “40-cı bənd” qüvvəyə minib.
 

Oktyabrın 11-nə keçən gecə isə İDF Qəzza zolağında HƏMAS-ın 70 hədəfinə hücum edib. İslami Cihad terror təşkilatının istifadə etdiyi hərbi infrastruktura da zərbələr endirilib.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aytən Səfərəliyevaya yeni vəzifə verildi

Dekabrın 23-də yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 208 nəfərdən ibarət 51 ailəyə mənzillərin açarları təqdim edili...

“Sevinc Mall”da “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb - FOTO

“McDonald’s Azərbaycan”ın sayca 29-cu restoranının açılışı “Sevinc Mall” ticarət və əyləncə mərkəzində baş tutub.   Sfe...

İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

Yaponiyanın tanınmış avtomobil istehsalçılarından olan “Honda” və “Nissan” birləşmək haqqında razılığa gəliblər.   Sfera.az ...

Rusiya-İran strateji tərəfdaşlıq sazişi niyə ləngiyir? - ŞƏRH

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmir. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sa...

Bu universietdə təhsil haqqı ARTDI

İran Azad Universitetinin tibb elmləri fakültəsində təhsil haqqı 300 faiz artırıldığından tələblər ödəniş edə bilmir və nəticədə borclu qalıblar.   S...

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlə...