“Zelenski müharibə başa çatdıqdan sonra mühakimə olunacaq”
Dünya
16:45 / 11.10.2023
4709
Tanınmamış Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin müşaviri Yan Qaqin Volodimir Zelenskiyə xüsusi hərbi əməliyyatın başa çatmasından sonra məhkəmə prosesi ilə bağlı xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Y.Qaqinin fikrincə, Ukraynadakı münaqişənin mümkün qədər uzun müddət davam etməsi Zelenski üçün faydalıdır, çünki bu münaqişə başa çatdıqdan sonra siyasətçi hərbi cinayətlərə və korrupsiyaya görə mühakimə olunacaq. O, qeyd edib ki, yalnız hərbi münaqişə şəraitində onun “müəyyən toxunulmazlığı” var.
Məlumata görə, Zelenski Donbass xalqına qarşı cinayətlərə görə Ukrayna qanunlarına əsasən mühakimə olunacaq.
Əzizə