Partlayan "Titan" sualtı qayığından qalan dağıntı və insan qalıqları TAPILDI

Partlayan

Mühəndislər "Titanik"in araşdırılması üçün dalış edən zaman partlayan "Titan" sualtı qayığından qalan dağıntı və insan qalıqlarını tapıblar.

 

Sfera.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb. Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, gəminin əlavə hissələri keçən həftə dəniz dibindən çıxarılaraq ABŞ limanına aparılıb. Tibb işçiləri insan qalıqlarını analiz edəcəklər.

 

Qeyd edək ki, "Titan" sualtı qayığı onu hazırlayan şirkət “OceanGate” tərəfindən "eksperimental" kimi təsvir edilsə də, sualtı gəmi Şimali Atlantik Okeanında dəniz səviyyəsindən 3,800 m aşağıda yerləşən "Titanik" in batdığı yerə bir neçə dəfə dalış edib. Sualtı qayıq iyun ayında batan gəminin araşdırılması üçün dalış zamanı suyun sıx təzyiqi altında partlayıb.

 

Təyyarədə olan beş sərnişinin hamısı həlak olub. Şirkətin baş icraçı direktoru Stokton Raş da gəminin göyərtəsində olanlar arasında idi. Sualtıda ölən digər dörd sərnişin isə Britaniya-Pakistan əsilli iş adamı, 48 yaşlı Şahzadə Davud, onun oğlu19 yaşlı Süleyman, Britaniyalı iş adamı 58 yaşlı Hamiş Hardinq və Fransa donanmasının keçmiş dalğıclarından olan 77 yaşlı Paul-Henry Nargeolet olub. Sualtı gəminin axtarışı beynəlxalq marağa səbəb olub və ictimaiyyətin diqqətini çəkib. Partlayışdan sonra üzə çıxan ABŞ məhkəmə sənədləri göstərir ki, cənab Raş sualtı qayıqla bağlı təhlükəsizlik xəbərdarlıqlarına məhəl qoymayıb.

Dünyanın müxtəlif yerlərində dalışlar təşkil edən “OceanGate” fəlakətdən sonra bütün fəaliyyətini dayandırıb.

 

Fəlakətlə bağlı beynəlxalq araşdırma davam edir və Sahil Mühafizəsi gələcək tarixdə ictimai dinləmənin keçiriləcəyini bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...