HƏMAS ərəb dünyasında ümumi səfərbərlik ELAN ETDİ

HƏMAS ərəb dünyasında ümumi səfərbərlik ELAN ETDİ

HƏMAS oktyabrın 13-də ərəb və müsəlman dünyasında ümumi səfərbərlik elan edib.

 

Sfera.az Yəmən Xəbər Agentliyinə istinadən xəbər verir ki, HƏMAS hərəkatı Fələstin xalqının müqaviməti ilə həmrəylik nümayiş etdirmək üçün oktyabrın 13-nü ərəb və islam dünyasında səfərbərlik günü elan edib.

 

Bundan əvvəl İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ərəb ölkələrini Qəzza zolağına dəstək üçün vəsait ayırmağa çağırıb .

 

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib, bundan sonra ölkə hakimiyyəti dövlətin rəsmən müharibə vəziyyətində olduğunu bəyan edib .

 

Əzizə


OXŞAR XƏBƏRLƏR