Avropada qaz sürətlə bahalaşır – YENİ QİYMƏT
İqtisadiyyat
15:20 / 11.10.2023
5701
Avropada qış mövsümü üçün alınan qazın qiyməti ötən həftənin cümə günündən etibarən 25% artaraq 600 dolları ötüb.
Sfera.az xəbər verir ki, bu qiymətlər noyabr-aprel aylarında alınacaq qazın qiymətidir. Yeni qiymətlər əvvəlki qiymətlərdən 120 dollar yüksəkdir.
Qiymətlərin artması ilk növbədə havaların soyuması ilə bağlıdır. Bu dövrdə qaza olan tələb dəfələrlə artır.
Lakin bu mövsümi amillərlə yanaşı Qəzza bölgəsində münaqişənin baş verməsi, Avstraliyanın LNG zavodunda işçilərin tətil etməsi, Avropanın şimal-qərbində küləksiz sakit hava şəraitinin uzun sürməsi və Almaniyada istilik mövsümünün bu həftənin bazar günü başlaması da qazın dəyərinin artmasına kömək edib.
Vasif