Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Tiflisdə imzalana bilər

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Tiflisdə imzalana bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşün təşkili ilə bağlı ilkin razılığın olduğunu deyib.

 

“Həm biz, həm də Azərbaycan tərəfi Brüsseldə görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Bu, o deməkdir ki, 2-3 ay ərzində sülh sazişinin imzalanması gözlənilir. Bu ehtimalın reallaşmasını 70 faiz civarında dəyərləndirirəm”, - deyə baş nazir bildirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Paşinyanın sözügedən çıxışı hansısa güc mərkəzlərinin hesablanmış açıqlamasına oxşayır:

 

“Yəni hansısa məsələlərdə Ermənistana diktə edən tərəflər sülh müqaviləsinin 70 faiz əsasında imzalanmasını istəyir. Məsələn, müəyyən mövzularda detallar razılaşdırılsa da, qalanları qalıb və Azərbaycanla ortaq dil tapıla bilsə, nəticə mümkün olar. Paşinyanın verdiyi bəyanatın açıqlaması bundan ibarətdir. Hesab edirəm ki, Ermənistan tərəfi ciddi mövqe ortaya qoya bilsə, hətta nəinki 70, sülh müqaviləsinin imzalanma ehtimalı 80-90 faizə qədər qalxa bilər”.

 

Müsahibimiz bildirib ki, Ermənistanın indiyə qədər ciddi mövqe ortaya qoyduğu görülməyib:

 

“Sülh prosesi incə məsələdir və onun üzərində ciddi dayanmaq lazımdır. Ermənistan isə bunu etmir.  Paşinyan bir tərəfdən danışıqlara getsə də, digər tərəfdən, sərhəddə atəşkəs pozulur,  etnik təmizləmə, soyqırım, ərazi iddiaları və s ittihamlarla çıxışlar edir, sərsəm açıqlamalar verir. Tərəflər sülhə doğru gedirsə, sakit, razılaşdırılmış ifadələr olmalı, buna adekvat addımlar atılmalıdır. Amma Ermənistan bunu etmir. Ola bilər, Paşinyan qəfil Azərbaycanın şərtləri ilə razılaşdığını da desin. Bu isə çətin məsələdir. Bəllidir ki, Ermənistan daxilində Nikol ciddi təzyiqlərlə üzləşə bilər. Bununla belə, istənilən halda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, münaqişə tamam bitməlidir. Yəqin ki, Azərbaycan prezidentinin son Gürcüstan səfəri  və bu çərçivədə verdiyi bəyanatlar da Paşinyanın fikirlərinə haradasa təsir edib. Apardığım təhlillərə görə, sülh müqaviləsinin imzalanması Gürcüstanda baş verə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlə...

Qayınatasıgilin 50 gün öncə öldüyü evdə CANINA QIYDI - Bir qardaşı da illər öncə...

İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az “Qafqazinfo"ya istinadən xəbər verir ki...

Misli Premyer Liqasında matçları nə qədər azarkeş izləyib?

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.   Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinad...

Xakasiyada baş verən partlayışda ölənlər var

Rusiyanın Xakasiya Respublikasında keçmiş Abakan Təcrübə-Mexaniki Zavodunun ərazisində baş verən partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. ...

Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər...

Ceyhun Bayramov serbiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.   ...