Beynəlxalq Qız Uşaqları Günü: Dünyada və Azərbaycanda qızlara münasibət necədir?

Beynəlxalq Qız Uşaqları Günü: Dünyada və Azərbaycanda qızlara münasibət necədir?

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir. 


Sfera.az xəbər verir ki, 11 oktyabr tarixini BMT Türkiyənin təklifi ilə Beynəlxalq Qız Uşaqları Günü elan edib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qız Uşaqları Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. 

 

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilik və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

Qızlar həyatlarının hər bir yaş mərhələsində təhlükəsizlik, təhsil və sağlamlıq hüququna malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə kadr, sahibkar, mentor, ailə başçısı və siyasi lider ola bilmək üçün öz potensiallarını daha yaxşı həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.

 

Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişdir. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. 

 

Hər il bu günün ayrı-ayrı mövzusu olur. Beynəlxalq Qız Uşaqları Günü bir il bir problemə, növbəti il başqa bir problemə həsr olunur.

 

Beynəlxalq ekspertlər deyirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: qızlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Bir sıra ölkələrdə cinsi ayrı-seçkilik halları yaşanır.

 

Dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olub. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.

 

Azərbaycanda da qızlarla bağlı bəzi problemlər mövcuddur. Bu, əsasən erkən nikahlarda özünü göstərir. Azərbaycanda qızların nikah yaşı 18 olsa da, bəzi rayonlarda 14-17 yaşlarında evləndirlən qızlar var.

 

Bu, rəsmi səviyyədə də etiraf olunur. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 157 406 nəfər təşkil edib. Əhalinin ümumi 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1010 qadın düşür.

 

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

 

Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...