HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusu ilə necə bacardı? 

HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusu ilə necə bacardı? 

HƏMAS-ın hücumunda İsrail ordusunun uğursuzluğu və İsrail kəşfiyyatının sanki "çöküşü" dünya mediasında şok yaradıb.

 

Bəs bu hadisələr həqiqətən də İsrail kəşfiyyatının "çöküşü" kimi qiymətləndirilə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, İsrailin müasir texnologiyasının dayanıqlı ola bilməməsi hələ bir müddət müzakirə mövzusu olacaq:

 

“Əksər ciddi media qurumları baş verənləri məhz İsrail kəşfiyyatının "çöküşü" kimi dəyərləndirirlər.Nəhəng resurslara və texnologiyalara, radio-elektron vasitələrə, agentura şəbəkəsinə malik olan İsrail kəşfiyyatının çöküşünün ağlabatan bir açıqlamasına, izahına da rast gəlmədim.

 

Analitiklər bunu Pill-Harbor və "11 Sentyabr" hadisələri ilə müqayisə edirlər.Yəqin, HƏMAS-ın bəsit texnologiyalarına, motorlaşdırılmış paraşütləri və motosikletlərinə qarşı İsrailin müasir texnologiyasının dayanıqlı ola bilməməsi uzun müddət müzakirə predmeti olacaq”.

 

O.Gündüzün fikrinə görə, İsrail kəşfiyyatı və ordusunda buraxılan səhvlər Azərbaycan üçün də vacib əhəmiyyət kəsb edir:

 

“Uzun illərdi ki, Azərbaycan və İsrail hərbi texnologiyalar sahəsində ciddi əməkdaşlıq edirlər. Bu faktor Qarabağ məsələsinin həllində mühüm rol oynayıb. Bu ildən isə artıq kosmos texnologiyaları sahəsində biz İsraili əsas partnyor olaraq seçmişik və bir neçə gün öncə başa çatan Astronavtika Konqresində kosmos sahəsində İsrail şirkətləri ilə müqavilə də imzalanıb.Kibertəhlükəsizlik sahəsində də əsas partnyorumuz İsrail və Türkiyədir.Belə bir durumda, düşünürəm ki, İsrail kəşfiyyatı və ordusunda buraxılan səhvlər və uğursuzluqlar, onların səbəbləri bizim üçün də mühüm əhəmiyyət kəsb edir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...