Rola girərək Psixiatrik Xəstəxanaya yerləşdirilən, 72 gündə dünyanı gəzərək rekord qıran gözəl qadın jurnalist

Rola girərək Psixiatrik Xəstəxanaya yerləşdirilən, 72 gündə dünyanı gəzərək rekord qıran gözəl qadın jurnalist

Bizə Nellie Bly kimi tanınan Elizabeth Cochran Seaman daha çox 72 gündə tamamladığı dünya turu, gizli şəkildə ruhi xəstəxanaya girməsi və içəridə baş verənlərlə bağlı araşdırması ilə tanınır. Amma o həm də yazıçı, ixtiraçı və fabrik işçisi idi…

 

Sfera.az sizə rola girərək Psixiatrik Xəstəxanaya yerləşdirilən, 72 gündə dünyanı gəzərək rekord qıran gözəl Nelli Bly haqqında məlumatı təqdim edir.


Elizabeth Cochran Seaman 1864-cü ildə Pensilvaniyada anadan olub.
 

Demək olar ki, atasının qurduğu qəsəbədə anadan olub. Atası həm hakim, həm də mülkədar işləyir, ailəsinin qayğısına qalırdı. Elizabet həm anasının, həm də atasının ikinci evliliyindən dünyaya gəlib. Ümumilikdə 15 bacı-qardaşı var idi.
 

O, 6 yaşında atasını itirəndə ailə maddi çöküntü ilə üzləşib. Çünki vəsiyyət yazmayan atanın malı üzərində heç bir haqq tələb edə bilməzdilər. Yalnız qısa bir müddət yatılı məktəbində təhsilini davam etdirməyə gücləri çatıb. Bundan sonra Elizabet məktəbi tərk edib və ailə Pittsburqa köçüb.
 

Onun jurnalistika karyerası da məhz buradan başlayacaqdı.

O, “Pittsburg Disspatch” (Pittsburq dispetçeri) qəzetində qızların ilk növbədə uşaq dünyaya gətirmək və ev işləri görmək üçün var olduğunu iddia edən "Qızların nə faydası var?" başlıqlı köşə yazısına “Tənha yetim qız” adı ilə cavab yazıb.
 

Kiçik qızın cəsarətindən heyran olan redaktor daha sonra Elizabetə həftədə 5 dollara eyni imza ilə qəzetə yazmaq təklifi edir. Beləliklə, Elizabeth qəzetdə dərc olunan və boşanmanın qadınlara təsirini izah edən “The Girl Puzzle” adlı ilk məqaləsini yazır. Məhz bundan sonra redaktor ona tam ştatlı iş təklif edib.
 

Bu dövrdə qəzetlərdə yazan qadınların təxəllüslərdən istifadə etməsi adi hal idi. Elizabeth gedir və Nellie Bly doğulur.
 

Karyerasının ilk illərində Bly Pittsburqda işləyən qadınlar haqqında bir sıra araşdırma məqalələri yazmış və fabrik sahiblərinin şikayətinə məruz qalmış, moda, bağçılıq və elit təbəqə kimi qadınların "normal rolları" haqqında yazmaq tapşırılmışdı. Bu ona zövq vermirdi.


Daha sonra Nelly Bly Meksikaya səyahət edir. Bu zaman cəmi 21 yaşında və “əvvəllər heç bir qızın etmədiyi bir şeyi" etməkdə qərarlı idi.

O, burada 6 aya yaxın ölkədə məişət və adət-ənənələr haqqında yazıb. Yazılarının birində o, yerli jurnalistin hökuməti tənqid etdiyinə görə həbs olunmasına etiraz edib və Meksika hakimiyyəti onu həbslə hədələyəndə ölkədən qaçıb. Sağ-salamat evə qayıdan Bly Diazı tiran çar olmaqda ittiham edib.
Ölkəyə qayıtdıqdan sonra istəmədiyi mövzular haqqında yazmaq məcburiyyətində qalan Bly “Pittsburg Dispatch”dən:
 

“Mən Nyu Yorka gedirəm. Məni görmək üçün gözləyin” istefa məktubu ilə çıxıb. Dörd ayın tamamında qara qəpiksiz qalan Nelly Cozef Pulitzerin “New York World” qəzetinin ofislərindən birində özünü işə götürtməyi bacara bilib.

 

Burada ona verilən tapşırıqlardan biri də o idi ki, özünü “dəli” kimi göstərərək Blekvells adasındakı Qadın Ruhi Xəstəxanasına girib oradakı qəddarlıq və laqeydlikdən yazacaqdı.
 

Təbii ki, ruhi xəstəxanaya yerləşdirilmək o qədər də asan deyildi. Çox ağıllı qadın olan Bly əvvəlcə qadınlar üçün müvəqqəti sığınacaqda qeydiyyatdan keçib. O, bütün gecəni gözlərində narahat bir ifadə almağa çalışıb. Daha sonra orada qalan qadınları dəlilikdə ittiham etməyə başlayıb. O, yatmaqdan imtina edib və nəticədə o qədər insanı qorxuya salıb ki, sonradan onu məhkəməyə vermək üçün polis çağırılmalı olub. Polis, hakimlər və həkimlər tərəfindən müayinə olunan Bly sonda Blekvell adasına göndərilib.
 

Ruhi xəstəxanaya aparılan Bly, acınacaqlı vəziyyəti öz gözləri ilə yaşamaq şansı əldə edib. 1000 nəfərlik müəssisədə 1500 xəstə var idi. Bu 1500 xəstəyə yalnız 16 həkim baxırdı. Xəstələr buzlu suda çimməyə və saatlarla skamyalarda hərəkətsiz oturmağa məcbur ediliblər. Yeməklər kifli, su idə tez-tez çirkli olurdu.

Bly xəstəxanadakı insanların çoxunun dəli olmadığını da anlayıb. Bu insanlar nəinki ingilis dilini bilmirdilər, bəzilərinin isə kömək edəcək ailəsi yox idi, çox kasıb idilər. Özlərini qoruya bilmədikləri kimi, ünsiyyət də qura bilmirdilər. Bu müəssisədə gördükləri müalicə əslində qadınlara psixoloji ziyan vururdu. Şübhəsiz ki, bu qadınların əksəri xəstəxanaya yerləşdirilməzdən əvvəl sağlam idilər.
 

Məqalə dərc edildikdən sonra Nyu York səlahiyyətliləri şəraiti yaxşılaşdıraraq xəstəxananın büdcəsinə hər il 1 milyon dollar əlavə etmək qərarına gəlib.
1888-ci ildə Bly öz redaktoruna Jül Vernin "80 gündə dünya ətrafında" əsərini reallaşdıran ilk şəxs olmaq ideyasını təqdim edib. Bir il sonra, 1889-cu il noyabrın 14-də saat 09.40-da o, 40.070 kilometrlik səyahətinə başlayır.
 

“Cosmopolitan” qəzeti də öz yazıçısı Elizabeth Bislandı Blyin rekordunu keçmək üçün səyahətə göndərir. Bisland, Blyin tam əksi istiqamətində hərəkət etməli idi. Bislandın Honq-Konqda yorulması xəbərini alan Bly yarışmayacağını bildirib.


Hekayəyə marağın azalmasının qarşısını almaq üçün Blyin səfərini nə vaxt bitirəcəyi ilə bağlı bir çox təxmin yarışmaları keçirilib. Qaliblərə Avropaya səyahət turu təklif edilb.
 

Səyahəti zamanı Bly İngiltərə, Fransa (burada Verne ilə də tanış olub), Brindisi, Süveyş kanalı, Kolombo, Penanq və Sinqapur, Honq Konq və Yaponiyadan keçib.
 

Adətən buxar qayıqları və qatarlardan istifadə edən Bly Çində cüzam xəstəxanasına da baş çəkib. Sinqapurda o, meymun alıb.
 

Pis hava şəraiti səbəbindən San Fransiskoya iki gün gec çatıb. Lakin Pulitzer öz müəllifi üçün xüsusi qatar icarəyə götürüb və Bly 25 yanvar 1890-cı ildə saat 15.51-də Nyu Cersiyə gələrək səyahətini tamamlayıb. Səyahət 72 gün çəkmişdi. Bu, dünya rekordu idi.

Bisland isə səfərini 4 gün sonra başa vurdu. Daha sonra rekord 36 günə endirilib.
1895-ci ildə 31 yaşlı Nelli Bly 73 yaşlı milyoner printer Robert Seamanla evlənib. Kişinin səhhəti pisləşəndə ​​Bly jurnalistikadan ayrılaraq, “İron Clad” Dəmir Üzlük İstehsalat Şirkətinin rəhbəri olub. 1904-cü ildə Seaman vəfat edib.
 

Bly şirkət üçün müxtəlif ixtiralarla məşğul idi.
 

Bu ixtiraların bəziləri hələ də istifadə olunur. Onlardan birinin süd qabı olduğu iddia edilir. Onun adına çoxlu patentlər var. Əslində, o bir müddət ABŞ-ın aparıcı qadın istehsalçılarından biri idi. Lakin Blyin səhlənkarlığı və menecerlərdən birinin öz adına keçirməsi səbəbindən fabrik iflas etdi.
Jurnalistikaya qayıdan Bly Birinci Dünya Müharibəsində Avropanın Şərq Cəbhəsindəki fəaliyyətlər haqqında yazmağa başlayıb.
 

O, həmçinin Serbiya və Avstriya arasında müharibə zonasına gələn ilk əcnəbilərdən biri olub. O, Britaniya agentinə oxşadıldığı üçün həbs edilib.

O, 1913-cü ildə Suffragetlər haqqında xəbərlər hazırlayıb. Bu mövzuda yazdığı hissədə 1920-ci ilə qədər ABŞ-da qadınlara səsvermə hüququnun veriləcəyini proqnozlaşdırmışdı. O, 1922-ci il yanvarın 27-də 57 yaşında sətəlcəm xəstəliyindən vəfat edərkən belə, hələ də bu məsələ üzərində işləyirdi. Bly Nyu-Yorkun Bronks şəhərindəki Woodlawn qəbiristanlığında dəfn edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...