Başı bədənindən ayrılsa da, Nasistlərə meydan oxuyan qız - Sülhün simvolu oldu

Başı bədənindən ayrılsa da, Nasistlərə meydan oxuyan qız - Sülhün simvolu oldu

Sophie Scholl Alman tələbə, siyasi fəal və “Ağ Qızılgüllər” hərəkatının üzvü olub.

Sfera.az sizə ölümündən sonra belə dünyada sülhün simvoluna çevrilmiş Sophie Scholl (Sofi Şol) haqqında yazı təqdim edir.

Sofi Şoll alman tələbə və siyasi fəal idi. O, Almaniyanın Nasist Partiyasına etirazları ilə tanınırdı. Forchtenbergdə anadan olan Sofi, Robert Scholl adlı nasist tənqidçinin altı övladından biri idi. Uşaqlıq illərində həvəskar sənətkar olan Sofi yeniyetmə ikən “Nasist Partiyası” yüksəlir və Almaniyanı ələ keçirməyə hazırlaşırdı. Sofi çox liberal bir ailədə böyüyüb. Digər anti-nasist fəallarla görüşəndə ​​ilahiyyat və fəlsəfəyə böyük maraq göstərib. Daha çox siyasi fəallar, inqilabçı sənətkarlar və filosoflarla görüşərkən Hitlerin “Nasist Partiyası”nın qeyri-demokratik yollarına qarşı çıxmağa başlayıb. O, məşhur "Ağ Qızılgül Hərəkatı"nın bir hissəsinə çevrilib və nasist partiyasının Almaniyanı müharibəyə sürükləyən siyasətinə qarşı çıxıb. Sofi, Münhen Universitetində qardaşı Hansla birlikdə anti-nasist vərəqələri paylayarkən tutulub. Qardaş-bacı daha sonra dövlətə xəyanətdə ittiham edilərək edam ediliblər. Sofinin öldüyü zaman cəmi 21 yaşı var idi. Onun anti-nasist əsəri 1970-ci illərdən sonra qərb mediası arasında populyarlaşdıqdan sonra daha çox xatırlanır.
 

Uşaqlıq və erkən həyatı




Sofi Şoll 9 may 1921-ci ildə Almaniyanın Forçtenberq şəhərində Robert Şol və Maqdalena Müllerin ailəsində anadan olub. Onun atası Forchtenbergin seçilmiş meri olub.
 

Robert liberal dəyərlərə sahib idealist bir insan idi. O, bələdiyyə sədri olduğu müddətdə yaşadığı şəhərə müsbət dəyişikliklər gətirib. 1930-cu ildə Forchtenbergin yerinə bələdiyyə sədri olaraq, ailəsi ilə birlikdə Lüdviqsburqa köçüb. İki il sonra ailə Sofinin yeniyetməlik illərini keçirdiyi Ulmda məskunlaşıb.
 

1932-ci ildə orta məktəbdə oxuyarkən Almaniyadakı siyasi vəziyyətdən xəbərdar olan Sofi Hitlerin fikirlərinə və partiyasının inkişafına qarşı çıxan ailəsinin, dostlarının və müəllimlərinin əqidəsindən ruhlandırmışdı. O, eyni siyasi fikirləri bölüşmək üçün dostlarını da diqqətlə seçib. Üstəlik, qardaşları və dostları 1937-ci ildə “Alman Gənclər Hərəkatı” zamanı rejim tərəfindən əsir götürülüb və bu, onda güclü təəssürat yaradıb.
 

Sofi yeniyetmə ikən həm də incəsənətə və rəssamlığa çox maraq göstərirdi. Nasist Almaniyasına qarşı fikirlərini bildirən bir çox inqilabçı rəssamların əsərlərini öyrənməyə başlayıb. O, ilahiyyat və fəlsəfə ilə yeniyetməlik illərində maraqlanmağa başlayıb.
 

1940-cı ildə Sofi anladı ki, təhsil aldığı məktəb də Hitlerin fikirlərini təbliğ etməyə başlayır. Çox keçmədi ki, Sofi Hitler Almaniyanın təhsil sisteminə böyük təsir göstərdiyini başa düşüb. Məktəbi tərk edərək, Ulmdakı uşaq bağçasında işləməyə başlayıb. Daha sonra o, 6 ay müddətinə “Milli Əmək Xidməti”nə daxil olub. “Milli Əmək Xidməti”ndəki sərt hərbi mühit bütün ölkəni totalitar rejimini yenidən düşünməyə vadar etdi.
 

Sofi, buradakı xidməti başa vurduqdan sonra 1942-ci ildə biologiya və fəlsəfə öyrənmək üçün Münhen Universitetinə daxil olub. Eyni universitetdə tibb təhsili alan böyük qardaşı Hans Sofini bəzi dostları ilə tanış edib.
 

Sofi, qardaşlarının rəssamlar, filosoflar, mütəfəkkirlər və ilahiyyatçılardan ibarət sosial qrupunun bir hissəsi olub. Onlar əsasən nasistləri tərk etmiş bir qrup gənc idi. Konsertlərə, kinoya gedir, hətta birlikdə səyahət edirdilər. Qrup daha sonra müxtəlif anti-nasist fəaliyyətlər həyata keçirməkdə fəallaşıblar.




1942-ci ildə Sofi onunla dostlaşan Karl Mut və Teodor Hekker kimi rəssam və filosoflarla tanış olur. Onlar əsasən diktatura rejimində azad insanın özünü necə aparması ilə bağlı müzakirələr aparırdılar. O vaxta qədər atası artıq işçilərindən birinin qarşısında Hitler əleyhinə bəyanat verdiyi üçün həbs edilmişdi. İfadə azadlığının daimi pozulması Sofini inqilabçıya çevirərək, ona nasistlərə qarşı fəaliyyətlərdə iştirak etmək imkanı verdi.
 

Ağ Qızılgüllər Hərəkatı


"Münhen Universiteti" 1942-ci ildə bəzi tələbələr və müəllimlər tərəfindən "Ağ Qızılgül Hərəkatı"nın başladığı yerdir. Hərəkat zorakılığı yaymadı, əksinə bir sıra dinc yürüş və anti-nasist etirazları təşkil etdi. Hərəkata qoşulan fəallar daha çox insanı onların hərəkatına qoşulmağa təşviq etmək üçün universitetin divarlarına vərəqələr yapışdırıblar.


Hans bu hərəkatın ən fəalı və təşkilatçılarından olsa da, bacısını uzaq tutmağa çalışmışdı.
Sofi yerdə bir vərəqə tapana qədər bu hərəkətdən xəbərsiz idi və tapdığı vərəq onu araşdırmaya sövq etmişdi. Sofi broşürü qardaşı Hansın yazdığını anladıqdan dərhal sonra hərəkata qoşulub.
 

Eyni zamanda, o, yəhudilərin kütləvi şəkildə öldürülməsi və nasist ordusu tərəfindən törədilən digər vəhşi zorakılıq hərəkətləri haqqında məlumat alıb. Sofi, o vaxtkı sevgilisi Fritz Hartnagel ilə məktublarda nasistlərin fəaliyyətini ətraflı müzakirə edib. Rejimə qarşı nifrətlə dolu olan bu məktublar daha sonra Sofinin anti-milli olmaqda ittiham edilməsinə dəlil olacaqdı. Sofi daha çox vərəqələrin çap edilməsində və universitet şəhərciyində yayılmasında da əsas rol oynayıb.
 

Qardaşı Hans "Ağ Qızılgül Hərəkatı"nın əsas üzvlərindən idi. Lakin o, Sofinin təhlükəsizliyi üçün onu aksiyadan uzaqlaşdırmışdı. Bununla belə, Sofi, qrupda bir qadının olmasının hərəkat üçün faydalı olacağını, onun rejim tərəfindən həbs olunma şansının daha az olacağını müdafiə edirdi.
 

Almaniya küçələrində yayılan vərəqələrdə nasist qüvvələrinə qarşı dinc etiraz aksiyalarına çağırılıb. İdeyalarını qurmaq üçün fəlsəfi və intellektual arqumentlərdən istifadə edirdilər. Bu broşüraların yazılması və yayılmasından tutmuş maliyyəsini idarə etməyə qədər Sofi qrupun fəaliyyətinin demək olar ki, bütün aspektlərində fəal iştirak edirdi.


1943-cü il fevralın 18-də “Ağ qızılgül hərəkatı”nın bütün üzvləri həbs edilib. Təqsirləndirilən şəxslərə ifadə verməyə şərait, özlərini müdafiə etmək imkanı yaradılmayıb. Onlar 1943-cü il fevralın 22-də ölüm hökmünə məhkum ediliblər.

 

Milyonlarla insanın qətlinə səbəb olan faşizmin hakimlərinə müqavimət göstərən gənclər tutulduqdan cəmi dörd gün sonra, 1943-cü il fevralın 22-də gilyotinlə edam edilib. Prof. Kurt Huber, Willi Graf və Alexander Schmorell 1943-cü il iyulun 13-də keçirilən ikinci məhkəmə prosesində ölümə məhkum edilib. Kurt Huber və Alexander Schmorell eyni gündə Münhen-Stadelheim həbsxanasında edam edilib. Villi Qraf 1943-cü il oktyabrın 12-də edam edilib. Daha sonralar rejissor kimi tanınan Falk Harnak dəlil yetərsizliyi səbəbindən bəraət qazansa da, 1943-cü ilin dekabrında barəsində həbs düşərgəsinə göndərilmə əmri verilib. Lakin Falk qaçmağı bacarıb.
 

Onlar edam olunduqda; Sofinin 22, qardaşı Hansın 25, Probstın 24 və Şmorellin 26 yaşı vardı. Sofi və digərlərinin tutulmasına səbəb olan 5-ci broşürlər bütün Avropanı gəzərək İngiltərəyə çatmış, burada 1,5 milyon nüsxə "Alman flayeri - Münhen tələbələrinin manifestosu" adı ilə çap olunmuşdu. Kral qüvvələri tərəfindən anti-təbliğat məqsədləri üçün istifadə edilib və ağ qızılgül ləçəkləri ilə birlikdə Almaniya üzərinə atılıb.

Hökmləri elan edildikdən bir neçə saat sonra "Stadelheim həbsxanasında" gilyotinlə başı bədənindən ayrılacaq Sofi Şol dik duraraq, minlərlə insanı ayıltmasa, ölümünün faydasız olacağını deyib.
 

Qeyd etdiyimiz kimi “Müttəfiqlər" altıncı "Ağ qızılgül" broşürasını nasistlərə qarşı apardıqları müharibədə mənəvi güc toplamaq üçün istifadə etdilər. “Ağ Qızılgül Hərəkatı” müxalifətin ölüm demək olduğu bir ölkədə olduğu kimi siyasi və ictimai cəsarət hərəkatı kimi tanınırdı.
 

Sofi ölümündən sonra mükafatlandırılın. O və qardaşı Hansa ehtiram göstərmək üçün Münhen Lüdviq Maksimilian Universitetinin "Scho Scholl Brothers Institute" təsis edilib. Bir çox yerli məktəblər, parklar və küçələr də Sofi və Hansın adını daşıyır.
 

2003-cü ildə “ZDF” televiziyası tərəfindən gənc almanların bütün zamanların ən əhəmiyyətli şəxsiyyətlərinin adını öyrənmək üçün müsabiqə təşkil edilib. Sofi və Hans siyahının dördüncü adı olaraq seçiliblər.
 

Kütləvi İnformasiya Vasitələrində

1970-ci illərdən başlayaraq Sofi haqqında çoxlu filmlər çəkilib. 2005-ci ilin fevralında “Sofi Scholl - Son Günlər” filmi nümayiş olunub. Film 1990-cı ildə tapılan gizli arxivlər əsasında çəkilib. 2006-cı ilin yanvarında bu film "Oskar Mükafatları"nda "Ən yaxşı xarici film" nominasiyasına namizəd olub. Sofi və onun silahdaşı digər qəhrəmanlar haqqında müxtəlif kitablar, pyeslər və mahnılar nəşr olunub. Ölümündən illər keçməsinə baxmayaraq, 22 yaşlı Sofinin adı bu gün də bütün dünyada sülhün təmsilçisi kimi anılır.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...