Qızıl bazarında yeni fırıldaq: İlgəklərə diqqət edin - VİDEO

Qızıl bazarında yeni fırıldaq: İlgəklərə diqqət edin - VİDEO

Qızıl bazarında yeni fırıldağa əl atanlar var.

 

Sfera.az-ın məlumatına görə, qızıl boyunbağı və qolbaqların ilgəyində tərkibi şüşədən ibarət olan daşlar yerləşdirilir.

 

Bu da zinət əşyasının çəkisinin ağır gəlməsinə səbəb olur. Qızıl alverindəki bu yeni fırıldaqla demək olar ki, bütün bazarlarda qarşılaşmaq olar.

 

Satıcılar bildiriblər ki, belə ilgəklər 2018-ci ildən sonra istehsal edilən, əsasən də “14K” adlandırılan zinət əşyalarında olur:

 

“Hazırda satışdakı hər 3 zinət əşyasından birində bu cür əlavələri görmək mümkündür”.

 

Təqribi olaraq 1 kiloqramlıq qızıl-zinət əşyasında 20 qram şüşə satılır. Hazırda qızılın 1 qramının 82 manat olduğunu nəzərə alsaq, ümumilikdə, 10 kiloqramlıq zinət əşyasından 16 min 400 manat əlavə haqsız qazanc əldə edilir.

 

Alıcılar da bildiriblər ki, bu ilgək heç bir işə yaramadığı halda, zinət əşyası alarkən həmin şüşəyə də qızıl qiymətində pul ödəməli olurlar.

 

Satıcılar qeyd ediblər ki, zinət əşyalarındakı bu şüşəyə görə indiyədək heç bir alıcı narazılıq bildirməyib. 

 

Ətraflı süjetdə:

 

(Xezerxeber.az)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...