Ledi Qaqa ayrıldığı deyilən sevgilisi ilə birlikdə görüntüləndi - FOTO

Amerikalı müğənni, 37 yaşlı Ledi Qaqa və sevgilisi 45 yaşlı sahibkar Maykl Polanski Las-Veqasda iki konsertdə görüntüləniblər. Bu, cütlüyün ayrılıq haqqında şayiələrini alt-üst edib.
Sfera.az bildirir ki, çox nadir hallarda birlikdə görüntülənən Ledi Qaqa və sevgilisi Maykl Polanski 2020-ci ildən bəri görüşür. Lakin bu yaxınlarda onların ayrılması xəbərləri yayılıb.
Bir fanat Keti Perrinin konserti zamanı Qaqa və Polanskinin məkanı gəzərkən, müğənninin gülümsədiyi videonu paylaşıb.
Onlar həmçinin U2-nin çıxışını görmək üçün Las Vegas yeni məkanı “The Sphere”də görünüblər.
Qaqa musiqi və əyləncə arenasının VİP bölməsində rəqs edərkən və əylənərkən çəkiliş zamanı mavi və qəhvəyi rəngli pencək geyinib.
Qeyd edək ki, Ledi Qaqa və Polanski keçən ay, “Radar Online”nın evlilik və uşaqlarla bağlı fikir ayrılıqlarına görə üç illik romantikalarını bitirdiklərini bildirmişdilər.
2023-cü il martın sonunda mənbə mediaya deyib: "Bir neçə ay əvvəl ayrılıblar. Onlar mehribandır, hələ də dostdurlar".
Qeyd edək ki, cütlük 2023-cü ilin avqust ayında bir ildən çox müddətdə ilk dəfə birlikdə görüntülənib.
Aysel
Sfera.az