HƏMAS yaraqlılarının hücumundan sağ çıxan qadın yaşadıqlarını danışdı - FOTOLAR

HƏMAS yaraqlılarının hücumundan sağ çıxan qadın yaşadıqlarını danışdı - FOTOLAR

HƏMAS-ın İsrail-Fələstin sərhədi yaxınlığında keçirilən festivalda həyata keçirdiyi hücumda yüzlərlə insan həyatını itirib. Hücumdan sağ çıxan qadın başına gələnləri mediaya danışıb.
 

Sfera.az bildirir ki, HƏMAS-ın ərazidən qaçanları güllələdiyini deyən Gili Yoskoviç adlı qadın:

 

“Bir ağacın yanına getdim və özümü ölü kimi göstərdim” deyib.
 

HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi “Əqsa tufanı” hücumunda 350 nəfər həyatını itirib. İsrail-Fələstin sərhədində hücumunun görüntüləri festivala qatılan insanlar tərəfindən lentə alınıb.


HƏMAS-ın paramotorla İsrailə hücum etdiyi anlar Musiqi Festivalında əylənən insanların kamerasına düşüb.
 

Festival üçün İsrailə gedən alman vətəndaşı Şani Lukun yük maşınında sürülməsi görüntüləri qan dondurmuşdu.

Festival ərazisində sağ qalan Gili Yoskoviç adlı qadın hücum zamanı baş verənlərdən danışıb.
 

Mediadamyer alan məlumata görə, Yoskoviç “Həmas rəqs festivalına basqın edərək atəş açmağa başlayıb. Qaçaraq qurtulmağa çalışanları güllələyirdilər. Mən bir ağacın yanına getdim və özümü ölü kimi göstərdim" deyib.


Qəzza zolağına yaxın bir bölgədə keçirilən rəqs festivalında çox sayda iştirakçının öldüyü bildirilərkən, Yoskoviç “İbranicə danışan insanların olduğunu eşidəndə dərhal ayağa qalxdım və onların yanına getdim. Başa düşdüm ki, onlar əsgərdir"-deyə bildirib.


Saatlarla köməksiz vəziyyətdə qalan gənc qadın “Həmin vaxt uşaqlarımı düşündüm. Ətrafımdakı insanlar ölürdü və ortalıq çox sakit idi. Heç ağlaya belə bilmədim. Sadəcə gözlərimi yumdum və çox yavaş-yavaş nəfəs aldım" - deyə bildirib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...