İngilis qadın on minlərlə parabüzənə görə görə evini tərk etdi - FOTO
Böyük Britaniyada bir qadın on minlərlə uğur böcəyinin onun yataq otağına girməsindən sonra evini tərk etmək məcburiyyətində qalıb.
Sfera.az bildirir ki, gənc qadın böcəkləri ürpədici adlandıraraq, onlardan xoşagəlməz qoxu gəldiyini qeyd edib.
Marqaret Yeskombun şənbə günü səhər həşəratların hücumuna məruz qaldığı zaman qəti hərəkətə keçməkdən başqa çarəsi qalmayıb. 42 yaşlı qadın yuxudan oyananda evinə nəhəng bir həşərat sürüsünün girdiyini görüb. O, pişiyini içəri buraxmaq üçün pəncərəni açdıqda, böcəklər onun yataq otağına uçaraq içəriyə toplaşıblar.
"Onlar minlərlə, bəlkə də on minlərlə idi. Uçurlar, hamısı bir küncə sürünür və orada yığılırlar. Eyni zamanda, dəhşətli bir qoxu yayırlar. Çox qorxudurlar. Hətta üzümdə belə həşəratlar var, bu, dəhşətlidir”- deyə britaniyalı qadın bildirib.
Kembricşirin (Böyük Britaniya) İkleton şəhərində yaşayan rəssam Marqaret həşərat sürüsünü lentə alıb və böcəklər hər yerdə olduğu üçün pəncərələrini belə aça bilmədiyini deyib.
Qadın həşərat istilasının qarşısını ala bilməyib. Böcəklər həm içəridə, həm də çöldə onun üzərinə qonmağa davam ediblər və o, gecə saatlarında qaçmaq üçün evi tərk etməli olub.
Xoşbəxtlikdən qadın iki saatdan sonra evə qayıdanda “böcək ordusu” uçub getmişdi. Qeyd edək ki, Marqaretin evinin həşəratlar tərəfindən mühasirəyə alınması ilk dəfə deyil. Eyni şey 2016-cı ildə də baş verib. Marqaret parabüzənlərin yaxınlıqdakı fermadan gəldiyinə inanır.
Britaniyalı qadının dediyinə görə, o, həşəratlara laqeyd yanaşmır. Əvvəllər onların yanında sakit yaşasa da, indi o parabüzənlərin zəhərli hörümçəklərdən daha pis olduğuna inanır; qorxu hiss etmirlər və insanların üzərində rahat otururlar.
Aysel
Sfera.az