Vəkillər Kollegiyasının nümayəndə heyəti VII Beynəlxalq Vəkillər Forumunda iştirak etdi

Vəkillər Kollegiyasının nümayəndə heyəti VII Beynəlxalq Vəkillər Forumunda iştirak etdi

Cari ilin 5-7 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Milli Vəkillər Kollegiyasının (QMVK) dəvəti ilə "Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak etmək üçün Astana şəhərinə rəsmi səfərə gedib.

 

Sfera.az xəbər verir ki, səfərdə ARVK-nın sədri A.Bağırovla yanaşı, Rəyasət Heyətinin üzvü Vüqar Babayev və Vəkillərin İntizam Komissiyasının sədr müavini Elxan Quliyev də iştirak edib.

 

Tədbirin gündəliyinə uyğun olaraq oktyabrın 5-də Forum iştirakçıları üçün rəsmi qəbul təşkil olunub.

 

Forumun məqsədi vəkillik peşəsini cəmiyyətin mənafeyi naminə tənzimləməklə onların maraqlarına xidmət etmək, habelə dünyanın bir çox ölkəsində aktiv fəaliyyət göstərən vəkil birliklərinin müstəqil, etik, vahid, qurum kimi həmin ölkələrin hüquq sistemlərinin vacib əsaslarından biri olaraq tanıtmaqdır.

 

Tədbirin növbəti günündə rəsmi açılış mərasimi keçirilib.

 

Qeyd edək ki, Forumda QMVK-nın sədri Aidyn Bikebayev, Qazaxıstan Respublikası Prezidentinin hüquq məsələləri üzrə köməkçisi Yerzhan Zhienbayev, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimova, Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Mergaliev, Qazaxıstan parlamenti Senatının sədr müavini Zhakip Asanov, Qazaxıstan ədliyyə naziri Azamat Yeskaraev, Qazaxıstan Baş prokurorunun birinci müavini Timur Tashimbayev, Qazaxıstan Prezidenti Administrasiyasının, Qazaxıstan parlamentinin, 10-a yaxın ölkənin vəkillər kollegiyalarının rəhbər şəxsləri, habelə beynəlxalq təşkilatların (Hüquqşünasların Beynəlxalq Komissiyası (ICJ), Beynəlxalq Vəkillər Kollegiyası (IBA), Qanundan demokratiyaya doğru Avropa Komissiyası (Venesiya Komissiyası) və Amerika Hüquqşünaslar Assosiasiyası) nümayəndələri iştirak ediblər.

 

Qonaqları salamlayan ARVK sədri A.Bağırov geniş təqdimatla çıxış edərək, son illərdə Azərbaycan Respublikasında vəkillik institutunun nüfuzunun artırılması istiqamətində aparılan uğurlu islahatlar, islahatlar nəticəsində ARVK-nın maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillik institutunun monopoliyası, Kollegiya tərəfindən görülən çoxşaxəli işləri iştirakçıların diqqətinə çatdırıb.

 

A.Bağırov Azərbaycanla Qazaxıstan arasında tarixi köklərə malik olan və müxtəlif sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin vəkillik institutları arasında da inkişaf etdiyini qeyd edib. ARVK sədri tədbir iştirakçılarına Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi, öz ərazi bütövlüyünü bərpa etdiyi, o cümlədən hazırda azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığı və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması barədə məlumat verib.

 

Həmçinin A.Bağırov hər iki ölkənin Vəkillər Kollegiyaları arasında mövcud olan səmərəli əməkdaşlıq üçün başda QMVK-nın sədri Aidyn Bikebayev olmaqla bütün qazax həmkarlarına Azərbaycan Vəkilliyi adından təşəkkür edib. Eyni zamanda A.Bağırov qazaxıstanlı həmkarına QMVK-nın emblemini əks etdirən xatirə xalçası hədiyyə edib.

 

Daha sonra mövcud əlaqələrin gücləndirilməsi məqsədilə ARVK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

 

Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib. Ziyafət zamanı ARVK-nın sədri A.Bağırov QMVK Rəyasət Heyətinin qərarı ilə Qazaxıstan vəkilliyinin inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi medalla təltif edilib.

 

Tədbirin növbəti günü iştirakçılar üçün mədəni proqram təşkil edilib.

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...