Şahzadə Diananın böyük nənəsinin gündəliyi hərraca çıxarıldı - FOTO

Şahzadə Diananın böyük nənəsinin gündəliyi hərraca çıxarıldı - FOTO

Hərracda maraqlı tarixi sənəd - Şahzadə Diananın ulu nənəsi, Adelaida sosialisti Horatia Elizabet Seymurun gündəliyi satılacaq. Adlaida ilk dəfə cəmiyyətə arasına çıxmağa və bal gecələrinə getməyə başlayanda bu gündəliyi yazmağa qərar verib.

Sfera.az bildirie ki, Adelaide Horatia Elizabeth Seymour (Seymur) saysız-hesabsız bal gecələri, ziyafətlər və toplantılara dəvət olunan Viktoriya Britaniyası elitasının üzvü idi.
 

Aristokrat bir ailədə doğulmuş cazibədar 19 yaşlı qız (o, VIII Henrixin üçüncü həyat yoldaşı Ceyn Seymurun birbaşa nəslindən idi) Londonda yüksək təbəqə nümayəndələri ilə tanış olur və özünə həyat yoldaşı axtarırdı.


Xatirələrinə görə, 1844 və 1845-ci ilin yazında Londonun ən yaxşı iqamətgahlarının bəzilərinin bal zallarında onunla vals oynayan potensial iddiaçılar çox idi.
 

Adelaide, iştirak etdiyi hər bir tədbirin tarixini və yerini, balın sahibinin adını və ondan rəqs etməyi xahiş edən bütün kişiləri bu gündəlikdə qeyd edib.
 

O, bəzi bal gecələri haqqında da qısa şərhlər verib.
 

Məsələn, 1844-cü il mayın 2-də Madam Saint-Aulairenin balını təsvir edərək yazırdı: "Ora çox izdihamlı idi və bal zalına yalnız çox gec girmək mümkün oldu".
 

Bununla belə, mayın 17-də “Chiswick House”da keçirilən Devonshire Hersoqunun bal gecəsini daha cazibədar hesab edib.


Əksər tədbirlərdə Adelaide kvadril və vals rəqsi edib və onun görkəmli tərəfdaşları arasında müxtəlif lordlar və hətta Şahzadə Edvard da olub.

Adelaide 4-cü Earl Spencer olan vitse-admiral Frederik Spenserlə evlənmədən əvvəl isə 10 il gözləməli olub.
Onların böyük nəvəsi Con Spenser, 8-ci Earl Spenser, Şahzadə Diananın atasıdır.


Gənc Adelaide Seymurun portreti


Şəkil: Lay's Auctioneers


“Adelaiden’s Balls and My Partners 1844-45” adlandırdığı dəftər təxminən 40 il əvvəl antikvar kolleksiyaçısı Peter Hawn tərəfindən alınıb.
 

O vaxtdan bəri gündəliyi Londondakı mənzilində saxlayır. Onun əsl əhəmiyyəti yalnız indi, mənzilinin bəzi əşyalarını hərraca çıxarmağa hazırlaşarkən üzə çıxıb.
 

Kornuoll ştatının Penzance şəhərindəki “Lay” auksionerlərindən Mimi Connell Lay kiçik kitabçanı araşdıraraq, müəllifin xanım Seymur olduğunu müəyyən edə bilib.
 

O deyib: "Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim. Bu, onun iştirak etdiyi bütün ballar, rəqslərin və əlbəttə ki, rəqs etdiyi partnyorların gözəl və valehedici rekordudur. Bütün bunlar "London mövsümü", Viktoriya Britaniyasında baş verib”.
 

Mimi Lay həmçinin qeyd edib ki, gənc Adelaide çox gözəl olub ki, o dövrün bir çox məşhurları ilə rəqs edib.
 

Deyəsən, dəftəri özü düzəldib.
 

"Dəftər çox kiçikdir, təxminən 10x11 sm. O, vərəqləri kəsib bir-birinə tikib. Cəmi 20 vərəq ola ancaq olar"- deyə hərrac evi qeyd edib.

1845-ci ildə Şahzadə Diananın ulu nənəsi 44 bal, dörd səhər yeməyi və üç çay süfrəsinə qatılıb və 134 vals və 118 polka daxil olmaqla 373 dəfə rəqs edib.


Kitabçanın son səhifəsində Adelaide iştirak etdiyi bütün bal gecələrini sayıb. 1844-cü ildə o, 32 bala qatılıb və 291 dəfə rəqs edib.
 

Onun rəqs etdiyi kişilər arasında Lord Worcester, Lord Northland, Lord Curzon və Leopold Paget olub.
 

Son iki kişi Adelaidenin sevgisini qazanmaq üçün yarışıblar, adları onun kiçik kitabında dəfələrlə qeyd olunur.
 

Kitabça cümə axşamı 400 funt-sterlinq ilkin satış qiyməti ilə satışa çıxarılacaq.
 

Xatırladaq ki, şahzadə Diana, şahzadə Çarlz və balaca şahzadə Uilyamın Balmoralda çəkilmiş əvvəllər heç vaxt görünməyən fotoları da hərracda satılıb.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...