\"TikTok\"dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ EDİLDİ

\

Azərbaycanda təxminən üç həftədir "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhdudiyyətin davam etməsinə baxmayaraq, hələ də "TikTok"dan istifadə edənlərə rast gəlinir. Bəziləri müxtəlif VPN proqramları vasitəsilə "TikTok" sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.

 

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb. 

 

Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır:

 

"Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur. Vətəndaşlarımız bu proqramlardan istifadə edərək fərqli ölkələrdəki serverlərə qoşularaq internet resurslarına bağlana bilərlər. Müharibə dövründə ölkəmizdə bəzi sosial media və internet resurslarına giriş qadağan edildiyi üçün vətəndaşlar VPN proqramından istifadə edərək bu resurslara qoşulmağa çalışırdı. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı risklər yaradır". 

 

"Əsas risklərdən biri odur ki, VPN proqramını mobil cihaza quraşdırdıqda müxtəlif qovluqlara, kontakta giriş icazəsi istəyir və ya icazə istəmədən daxil olur. Nəticədə şəxsi məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Digər risk isə VPN-ə bağlanan zaman bütün addımların izlənilə və hətta, şəxsi məlumatların qarşı tərəflərə sızdırıla və ya satıla bilməsidir. Bu baxımdan VPN-dən istifadə edən vətəndaşlar VPN proqramlarını quraşdırdıqda diqqətli olmalıdırlar. Əks halda onların şəxsi məlumatları asanlıqla təhlükə altında olacaq", - deyə İT mütəxəssisi vurğulayıb. 

 

Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına "Psiphon", "NordVPN", "Hotspot Shield", "Turbo VPN", "TouchVPN", "Speedify" və digərləri daxildir. 

 

Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. (İqtisadiyyat.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...