“WhatsApp”dan yeni MƏXFİLİK FUNKSİYASI - "GİZLİ KOD"

“WhatsApp”dan yeni MƏXFİLİK FUNKSİYASI -

“WhatsApp” “gizli kod” funksiyasını sınaqdan keçirir.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki,“WhatsApp” istifadəçilərə qorunan söhbət qovluqları üçün xüsusi parol təyin etməyə imkan verəcək funksiyanı təqdim etməyə hazırlaşır. Bildirilib ki, bu funksiya söhbətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

 

Bundan əlavə, istifadəçilər kilidlənmiş söhbətlərinə daxil olmaq üçün proqramın axtarış çubuğuna bu məxfi kodu daxil etməklə öz söhbətlərini tez tapa biləcəklər.

 

“WhatsApp” asan giriş üçün sözdən və ya sadə emojidən istifadə etməyi tövsiyə edir. Digər tərəfdən, istifadəçilər istənilən vaxt məxfi kodu dəyişdirmək və ya silmək səlahiyyətinə malik olacaqlar.

 

Qeyd edilib ki, kilidlənmiş söhbətlər üçün məxfi kodların yaradılması funksiyası inkişaf mərhələsindədir və tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.

 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...