Qəzzada iki jurnalist öldürülüb

Qəzzada iki jurnalist öldürülüb

Qəzza zolağında iki jurnalist qətlə yetirilib.

 

Sfera.az xəbər verir ki, "WAFA"nın verdiyi məlumata görə, Qəzza zolağında yerli mediada çalışan jurnalist Səid əl-Tavil və fotoqraf Məhəmməd Sobh öldürülüb. Daha bir jurnalist isə yaralanıb.

 

Qəzza hökumətinin xəbər agentliyi əl-Tavil və Sobhın ölümünü təsdiqləyib.

 

Departament qeyd edib ki, jurnalistlər Qəzzanın qərbindəki yaşayış binalarından birinin boşaldılmasını işıqlandırıblar.

 

"Əl-Mayadeen"in məlumatına görə isə xəsarət alan jurnalistin adı Hişam ən-Nəvacadır. O, ağır xəsarətlər alıb və əməliyyat olunub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR