Gələn il qlobal iqtisadiyyatda böyümə zəifləyəcək

Gələn il qlobal iqtisadiyyatda böyümə zəifləyəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) yayımladığı yeni “Qlobal İqtisadi Görünüş Hesabatı”na əsasən qlobal iqtisadiyyatda artım sürəti 2,9 faizə düşəcək. 


Sfera.az xatırladır ki, BVF əvvəlki proqnozunda iqtisadi artım sürətinin 3 faiz olacağını güman edirdi. 


Beynəlxalq qurum hesab edir ki, dünya iqtisadiyyatının böyümə sürətinin zəifləməsi yüksək inflyasiya ilə bağlıdır. Qurum güman edir ki, 2024-cü ildə qlobal inflyasiya 5,8 faiz olacaq. Əvvəlki proqnozda inflyasiyanın 5,2 faiz olacağını proqnozlaşdırılırdı.


BVF bildirir ki, pandemiya, Ukrayna müharibəsi, daha sonra yüksək enerji qiymətləri və istehlak xərclərinin artması dünya iqtisadiyyatında dərin problemlər yaratdı. Qurum son aylarda qlobal iqtisadiyyatın neqativ təsirlərdən tədricən xilas olduğunu və yavaş-yavaş normal inkişafa yönəldiyini qeyd edib. 


BVF-nin məlumatına görə, müsbət meyillərə baxmayaraq, hələ də yüksək inflyasiyanın mənfi təsirləri qalır. Bu səbəbdən valyuta fondu 2024-cü ildə də dünya iqtisadiyyatının bərpa dövrünü yaşayacağını hesab edir.


Vasif


OXŞAR XƏBƏRLƏR