”Zelenski “Çe Qevara kostyumu”nu soyundu, qorxur...” – Nə baş verir?
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərinin diqqətini çəkdiyi İsrail hadisələri fonunda Kiyevə hərbi dəstəyin dayandırılmasından qorxur.
Sfera.az xəbər verir ki, "CIA"nın keçmiş analitiki Larri Conson bunu "Judging Freedom" YouTube kanalına müsahibəsində deyib .
“Demək olar ki, heç kim Ukraynada nə etdiyini bilmir", o, Qərbin Ukraynaya marağını itirməsini şərh edib.
Consonun sözlərinə görə, Zelenskinin qarderobunu dəyişməsi onun bu vəziyyətdə nə qədər qorxduğunu və əsəbi olduğunu göstərir.
"O, “Ernesto Çe Qevara kostyumu”nu soyundu, artıq xakidə görünmür" deyən ekspert Ukrayna liderinin "onu nə gözlədiyini anladığını" söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ senatoru Coş Hauli bildirmişdi ki, ABŞ Ukrayna üçün nəzərdə tutulan yardımı dərhal İsrailə göndərməlidir.
Əzizə Zeynal