TuranBank investisiya pul nişanları üzrə satış agenti seçildi

TuranBank investisiya pul nişanları üzrə satış agenti seçildi

TuranBank investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə Mərkəzi Bank tərəfindən Satış Agenti seçilmişdir.

 

Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxılmış yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə investisiya pul nişanlarının satışı və geri alışı, geri alınan pul nişanlarının ekspertizasının təşkili və ekspertizasının nəticəsi müsbət olduqda dəyərinin həmin gün onu təqdim etmiş şəxsə ödənilməsi TuranBank tərəfindən həyata keçiriləcək.

 

Məlumat üçün bildirək ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley, xatirə və investisiya pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir və onların qalıqları, qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır…


OXŞAR XƏBƏRLƏR

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...