ABŞ Ukrayna və İsrailə ediləcək yardımları BİRLƏŞDİRƏCƏK

ABŞ Ukrayna və İsrailə ediləcək yardımları BİRLƏŞDİRƏCƏK

ABŞ Administrasiyası Ukrayna və İsrailə hərbi və digər yardımları vahid qanunla tənzimləmək istəyir. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “The Washington Post” (WP) amerikalı məmur və konqresmenlərə istinadən yayıb. 


Qəzet yazır ki, hökumət təklifini artıq Konqresə təqdim edib. 


Məlumatlara görə, bəzi konqresmenlər Ukraynaya yardımın göstərilməsinin qəti əleyhinədirlər. Onların fikrincə indiki məqamda yardım İsrailə verilməlidir. 


Administrasiya isə əsaslandırıb ki, İsraillə yanaşı Ukraynaya da yardımın verilməsi önəmlidir. Buna görə də hökumət eyni bir qanunla hər iki ölkədə aparılan müharibəni dəstəkləmək istəyir. 


Bununla belə WP yazır ki, hələlik yekun qərar verilməyib. 


Qeyd edək ki, konqresmenlər həm İsrailə, həm də Ukraynaya eyni vaxtda yardımın verilməsinin ABŞ üçün ciddi xərc yaradacağını düşünürlər. Administrasiya isə hesab edir ki, ABŞ hər iki dövləti dəstəkləmək üçün kifayət qədər maliyyə imkanına sahibdir. 


WP-nin məlumatına əsasən, ABŞ xarici ölkələrə göstərilən hərbi yardımlar çərçivəsində İsrailə maliyyə yardımı ayırır. Amma HƏMAS-la aparılan müharibə silah və sursata tələbi kəskin artırıb. Buna görə də əlavə maliyyə yardımına ehtiyac var. 


 
Vasif


 


OXŞAR XƏBƏRLƏR