İsrail ərazisində 1500-ə yaxın HƏMAS döyüşçüsünün meyiti tapıldı

İsrail ərazisində 1500-ə yaxın HƏMAS döyüşçüsünün meyiti tapıldı

İsrail ərazisində 1500 nəfərə yaxın HƏMAS döyüşçüsünün meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hek bildirib.

 

Onun sözlərinə görə, İsrail hərbçiləri genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində ölkənin cənubuna nəzarəti bərpa etdikdən sonra İsrail ərazisində HƏMAS döyüşçülərinin xeyli sayda meyiti tapılıb. Ordu Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərə nəzarəti, demək olar ki, tamamilə bərpa edib.

 

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

 

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.(Apa)


OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabineti sabit tariflə bağlı öhdəlik götürməlidir - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, “Elektroenergetika haqqında” Qanun layihəsində dəyişiklik qüvvəyə minib. Beləliklə, bundan sonra elektrik enerjisi ilə əlaqəd...

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...