Maşinistlə xanımının öldüyü hadisəyə görə hökm oxundu

Maşinistlə xanımının öldüyü hadisəyə görə hökm oxundu

Ötən ilin avqustunda Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza törədən sürücüyə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, idarə etdiyi “Hyundai” markalı avtomobilin aşması və sərnişini olan ər-arvadın ölümünə səbəb olmaqda təqsirləndirilən Xalid Quliyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Quliyevə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 8 ay həbs cəzası verilib.

 

Qeyd edək ki, hadisə Beton yol adı ilə tanınan Zığ şosesində baş vermişdi. Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin maneəyə çırpılaraq aşması nəticəsində avtomobildə olan Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva vəfat edib.

 

M.Mustafayev Bakı Metropoliteninin maşinisti, həyat yoldaşı isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.(qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...