"iPhone 15"lə bağlı yeni şikayətlər: Wi-Fi bağlantısı kəsilir, tətbiqlərin...

Son həftələrdə iPhone 15 istifadəçilərindən çox qızma şikayəti alan "Apple" şirkəti  "iOS 17"yə göndərdiyi proqram yeniləməsi ilə bu problemi həll etdiyini açıqladı.

 

İstifadəçilər indi də Wi-Fi bağlantılarının kəsilməsindən şikayətlənirlər.

 

Sfera.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrdə yazıb.

 

Məlumata görə, bəzi "Apple" istifadəçiləri telefonunu "iOS 17"yə güncəllədikdən sonra Wi-Fi problemləri ilə üzləşdiklərini bildirdilər.

 

Şikayətlər arasında tətbiqlərin məzmunu yükləyə bilməməsi və ya əlaqənin çox yavaş olması var.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR