14 yaşlı Aytacı qətlə yetirməkdə şübhəli bilinən əri SAXLANILDI - ANBAAN VİDEO

14 yaşlı Aytacı qətlə yetirməkdə şübhəli bilinən əri SAXLANILDI - ANBAAN VİDEO

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı arvadı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Alim Sadiqov saxlanılıb.

 

Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, o, 3 günlük axtarışlardan sonra tutulub. 

 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco Bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı odlu silahdan atəş açaraq qətlə yetirib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Alim Sadıqovu təqsirləndirilən şəxs qismində saxlayıb, cinayətdə istifadə olunan odlu silahı sübut kimi götürüblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan qızı qaçırma, ailə üzvünü qəsdən öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə cinayət işi açılıb.

 

Xatırladaq ki, hadisə oktyabrın 5-də qeydə alınıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.(Qafqazinfo)

 

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...