Tarixin ən uzun uçuşu - 65 gün davam edən macəranın maraqlı hekayəsi

Tarixin ən uzun uçuşu - 65 gün davam edən macəranın maraqlı hekayəsi

Altmış beş günlük uçuşun arxasındakı hekayə və onun bu qədər uzun müddət davam etməsi çox maraqlıdır.
 

Las-Veqasda yeni ailə oteli olan “Hacienda Hotel” açılmışdı. Sahibi otelini reklam və insanları ora cəlb etmək istəyirdi. Bu zaman otel işçilərindən biri oteli reklam etmək üçün çox maraqlı bir təkliflə çıxış edib: üzərində otelin adı yazılmış təyyarə ilə uçmaq…

 

Sfera.az bu gün sizə tarixin ən uzun uçuşu haqqında məlumat verir.


Hər şey əslində 1958-ci ildə “Hacienda” otelinin açılışı ilə başlayıb.


Otelin sahibi öz otelinə başqa ştatlardan və hətta ölkələrdən turistləri cəlb etmək istəyirdi, ona görə də bir qədər təbliğata ehtiyac var idi. İkinci Dünya Müharibəsi bombardmanının pilotu və oyun avtomatlarının təmirçisi Robert Timm maraqlı ideya təqdim edib.


Timmin ideyası otelin adını təyyarəyə yazmaq və bu təyyarə ilə ən uzun insanlı uçuş rekordunu qırmaq olub.
 

Əvvəlki rekord qırx yeddi gün olmuşdu və onlar bu rekordu qırmalı idilər. Timm otel sahibini öz layihəsini maliyyələşdirməyə razı salıb və ideyanın təşkili üçün 100 min dollar alıb. Layihənin ən vacib hissəsi iş üçün düzgün təyyarənin seçilməsi idi. Dünya rekordunu qırmaq üçün istifadə edilən təyyarənin uçması çox asan, hər dəfə havada yanacaq doldurarkən alınan riski azaltmaq üçün aşağı yanacaq sərfiyyatı və mexaniki baxımdan çox etibarlı olmalı idi.
Bu səbəbdən Timmin seçimi o dövrdə kifayət qədər yeni- “Cessna 172” olub.
 

Təyyarədə edilən modifikasiyalara yatmaq üçün döşək, şəxsi gigiyena üçün kiçik polad yuyucu, çəkiyə qənaət etmək üçün daxili avadanlıqların əksəriyyətinin çıxarılması və ibtidai avtopilot daxil idi.

 

Düşünməyin ki, bir anda rekord qırdılar. Rekordu qırmaq üçün dörd dəfə cəhd ediblər.
 

Əvvəlki üç cəhddə problem təyyarənin xarab olması idi. Üç cəhddən ən uzunu on yeddi gün davam edib. Maraqlıdır ki, Timm üçüncü cəhdini edərkən qırx yeddi günlük rekordu əlli gün+ bir neçə saatla başqa bir komanda qırmışdı. Bu xəbərə baxmayaraq, Timm təslim olmadı. Təyyarəni modifikasiya edərkən o, özü qədər təcrübəyə malik ikinci pilota ehtiyacı olduğunu bilirdi. Təcrübəli təyyarə mexaniki Con Kuk yeni ikinci pilot seçildi. Hər şey tamamlandıqdan sonra təyyarə 4 dekabr 1958-ci ildə saat 15:52-də havaya qalxdı.
 

Bəs onlar yerə enmədən necə yanacaq doldurdular?


Bu gün müasir hərbi təyyarələrin əksəriyyəti uçuş zamanı risksiz yanacaq doldurmağa qadirdir, lakin o zaman belə texnologiya mövcud deyildi və “Cessna 172” yüksək hündürlüklərə qalxa bilmirdi. İndiyədək havada yanacaq doldurma ilə bağlı bir sıra sınaqlar aparılmışdı, lakin “Cessna 172”nin havada yanacaq doldurması üçün heç bir üsul yox idi.


Nəticədə, yerdəki avtomobildən yanacaq doldura bilən əlavə çən quraşdırdılar.
 

Yanacaq doldurmaq lazım olanda təyyarə çox aşağı uçurdu, şlanq yuxarı qaldırılır və yanacaq vurulurdu. Bəzən bunu gecələr etməli olurdular, bu da müəyyən qədər dəqiq uçuş tələb edirdi.



(Şəkildə bunu necə etdiklərini görə bilərsiniz).




Onlar heç vaxt yerə enməyəcəklərini hər kəsə sübut etmək üçün təyyarənin təkərlərini ağ rəngə boyadılar.


Əgər onlar hər hansı səbəbdən yerə düşsəydilər, boya yuyulub gedəcək və cəhdin uğursuzluğa düçar olduğunu hamı biləcəkdi. Yeməyə gəlincə, ekipaj Kaliforniya-Arizona sərhəddində yanacaq dolduranda “Hacienda” restoranlarından termos şüşələrinə sığdırmaq üçün əzilmiş yeməklər alırdılar. Onlar qatlanan düşərgə tualetində defekasiya edir və çantalar səhrada qalır.


Fasiləsiz mühərrik səsi və aerodinamik vibrasiya gecəni dinc keçirməyi qeyri-mümkün etsə də, hər iki pilot növbə ilə yatırdı.




Yuxusuzluq nəticəsində otuz altıncı gündə Timm uçuş zamanı yuxuya gedib və təyyarə 1200 hündürlükdə bir saatdan çox öz başına uçub. Otuz doqquzuncu gündə təyyarənin çənlərinə yanacaq göndərən elektrik nasosu nasazlayıb və uçuşu əl ilə yerinə yetirmək məcburiyyətində qalıblar. Nəhayət, 1959-cu il yanvarın 23-də rekordu qırılanda digər texniki nasazlıqlar arasında kabin qızdırıcısı, yanacaq göstəricisi və eniş işıqları da var idi.
 

Havada olduğu altmış beş gün ərzində təyyarədə çoxlu müxtəlif şeylər xarab olsa da, ən önəmlisi mühərrikin işləməyə davam etməsi idi.




Onların ən çox ehtiyacı olan şey, xüsusən də əllinci gündən sonra mühərrikin işləməyə davam etməsi idi. Əlli günlə rekord qırmağı bacardalar da, heç kimin bu rekordu yeniləməsini istəmədilər və 1959-cu il fevralın 7-də Makkarrana enməzdən əvvəl daha on beş gün uçdular. İstifadə olunan təyyarəni bu gün “McCarren” hava limanında baqaj qəbulu sahəsində damında görmək olar. Onu da qeyd edək ki, o gündən bu günə kimi bu rekord yenilənməyib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...