Bakıda daha 150 bina söküləcək?

Bakıda daha 150 bina söküləcək?

Bir neçə gündür sosial şəbəkə və bəzi KİV-də Bakıda tramvay xəttinin çəkilməsi məsələsi yenidən gündəmə gəlib. Yayılan məlumatlarda qeyd edilir ki, tramvay xəttinin çəkiləcəyi bəzi ərazilərdə 150 və daha artıq bina söküləcək, torpaq və daşınmaz əmlak tapmaq mümkün olmayacaq. Məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov qeyd edib ki, Bakıda şəhərətrafı qəsəbələri birləşdirmək məqsədilə tramvay xəttinin çəkilməsi müzakirə olunurdu.

 

"O ki qaldı bununla bağlı binaların sökülməsi məsələsinə, bəli, ümumilikdə doqquz və beşmərtəbəli köhnə binaların sökülməsi lazımdır. Amma hansı resursların hesabına? Doqquzmərtəbəli binanı söküb yerində yeni bina tikmək, ümumiyyətlə, sərf etmir və birbaşa zərərdir. Beşmərtəbəli binalar isə o zaman sərf edər ki, onlar yol kənarında yerləşir və baha qiymətə satılır", - deyə o əlavə edib.

 

Ekspert sosial şəbəkələrdə və bir sıra KİV-də yayılan 112 min tikilinin kütləvi söküntüsünə dair iddialara münasibət bildirərkən qeyd edib ki, 30 il ərzində təxminən Bakı şəhərində 10-15 beşmərtəbəli bina sökülüb.

 

"Digər binaların sökülməsi, ümumiyyətlə, sərfəli deyil. Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə cəmi 100-ə yaxın tikinti şirkəti var. Onların da bu qədər resursu yoxdur. Amma binalar getdikcə qəzalı vəziyyətə yaxınlaşır".

 

Ekspert əlavə edib ki, artıq tikinti şirkətləri bina inşa etmək üçün torpaq tapa bilmir.

 

"Baxmayaraq ki, sayı çox olmasa da bir neçə torpaq sahəsi var, lakin onların sənədi də düzgün deyil. Bu da son illər daşınmaz əmlakın bahalaşmasına səbəb olub", - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...