Xankəndidə tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir

Cəmiyyət
18:52 / 09.10.2023
8404
Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir.
Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.