Dördü eksklavdır... - Azərbaycanın işğal altında qalan 8 kəndi haqqında BİLMƏDİKLƏRİNİZ

Dördü eksklavdır... - Azərbaycanın işğal altında qalan 8 kəndi haqqında BİLMƏDİKLƏRİNİZ

Bu ilin sentyabrın 19-20 tarixlərində Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağ və Şərqi Zəngəzur regionunda işğal altında olan ərazilər tam azad edilsə də hələ də azad edilməsini gözləyən ərazilərimiz var.  


Sfera.az xəbər verir ki, 1990-cı illərin əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 8 kəndimiz hələ də işğal altındadır. İndi Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri sözügedən kəndlərin də işğaldan azad edilməsidir. 


Bəs işğal altında qalan 8 kənd haqqında nə bilirik?


Sözügedən kəndlər Ermənistan tərəfindən işğal edilən ilk yaşayış məntəqələrindəndir. Bu kəndlərin 7-i Qazax rayonunun, 1-i isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidlərinə daxildir. 


Qazax rayonunun işğal altında olan kəndləri Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimlidir. 


Sərərək rayonunun isə işğala məruz qalan kəndinin adı Kərkidir. 


Bu kəndlər 1990-ci illərin əvvəlində işğal edilib. Səkkiz kənddən 4-ü eksklav (ölkənin əsas ərazisindən aralıda olan və digər dövlətlər tərəfindən əhatə olunan ərazi. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır – red.) ərazilərdir. Eksklavlar Sədərək rayonun Kərki kəndi, Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. 


İşğal altında olan kəndlərin ümumi ərazisi 123,9 kvadrat kilometrdir. Bu qədər ərazi 12 390 hektar böyüklüyündədir. 


Qazaxın işğal altında olan kəndlərinin sahəsi 104,9 kvadrat kilometr, Kərki kəndinin sahəsi 19 kvadrat kilometrdir. İşğalda olan 4 eksklavın sahəsi isə 59,7 kvadrat kilometr təşkil edir. Eksklavların 40,7 kvadrat kilometri Qazax rayonunun ərazisidir. 


Kəndlərdən ərazisinə görə ən böyüyü Bağanis Ayrımdır. Onun sahəsi 40 kvadrat kilometrə yaxındır. İşğal edilmiş ən kiçik kənd isə sahəsi 4,1 kvadrat kilometr olan Xeyrimlidir. 


İşğal altında qalan ərazilər Azərbaycanın ümumi ərazisinin 0,14 faizini təşkil edir. 


Erməni mənbələrinə görə isə adəçəkilən kəndlərin işğalda qalan hissəsi 109 kvadrat kilometrdir. 


Qeyd edək ki, ötən həftənin şənbə günü Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı 8 kəndin azad edilməsinin vacibliyindən danışıb. Belə görünür ki, Azərbayacan yaxın vaxtlarda 8 kəndin qaytarılmasında daha böyük israrlar edəcək.


Onu da əlavə edək ki, Ermənistanın Başkənd adlanan bir kəndi Azərbaycanın nəzarətindədir. Gədəbəy rayonunun ərazisində yerləşən kənd Azərbaycan ərazisində Ermənistanın anklavıdır. Başkəndin sahəsi 40 kvadrat kilometrdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...