Azərbaycanda biznesmen HƏBS EDİLDİ

Azərbaycanda biznesmen HƏBS EDİLDİ

“Alyans Biznes”​ MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda verdini ödəməkdən yayınma) maddəsi ilə açılmış işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb.

 

Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min 577,25 manat, digər mülki iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat tutulmasını tələb edib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş adamına 2 il 6 ay müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il, 2 ay, 14 gün müddətə həbs cəzası verilib.

 

Cəza təyin edilərkən onun ev dustaqlığında olma müddəti nəzərə alınıb. Həmçinin E.Vahidova qarşı mülki iddialar təmin olunub. Məhkəmə qərar verib ki, dövlət büdcəsinə vurduğu 283 min 383,82 manat pul vəsaiti E.Vahidovdan tutularaq dövlət büdcəsinə keçirilsin.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...