"Azərbaycanda yayılan virusun əlamətləri koronavirus..." - Səhiyyə Nazirliyi

Payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır.

 

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər,yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər. Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adı çəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur. Ümumilikdə isə epidemioloji durum stabil olaraq qalır, hər ildə olduğu kimi fon səviyyəni aşmır. O cümlədən statistik göstəricilər bizə deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir, son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil. İstər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir.Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər.Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...