“İsrail-Fələstin müharibəsi HƏMAS-ın ləğvi ilə nəticələnəcək?” - Açıqlama

“İsrail-Fələstin müharibəsi HƏMAS-ın ləğvi ilə nəticələnəcək?” - Açıqlama

“Həm İsraildə, həm də Fələstində münaqişəni bitirmək istəməyən qüvvələr var”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, İran və digər ölkələr Yaxın Şərqdə stabilliyi pozmaq üçün uzun illər bu münaqişədən istifadə ediblər:

 

“Hazırda HƏMAS-ın İsrailə təcavüzü əvvəlki hücumların analoji davamıdır. Amma bu hücumun təşkili və lojistik şəkildə kordinasiyasından İsrail kəşfiyyatının xəbərsiz olması mümkün deyil. Qəzza həm dənizdən, həm də qurudan İsrailin blokadasındadır. Bu qədər silahlanma və PUA-lar Mossadın nəzərindən qaça bilməzdi. Hazırkı situasiya HƏMAS-ın ləğvi və İrana qarşı hərbi əməliyyatlarla müşaiyət oluna bilər”.

 

Ekspert hazırkı müharibənin gözlənilən olduğunu da vurğulayıb:

 

“İran HƏMAS vasitəsilə İsrailin yeni siyasi nizam yaratmaq planına qarşı çıxdı. Ümumiyyətlə isə yaşanan qarşıdurma və insanlıq dramında hər iki toplum məsuliyyət daşıyır. İsrail-Azərbaycan əlaqələrinə gəldikdə isə bu, yüksək səviyyədədir və strateji müttəfiq istiqamətində davam edir. Azərbaycan öz müttəfiqinin zəifləməsini istəmir və terror hücumlarına məruz qalmasını narahtlıqla qarşılayır. İsraildə Azərbaycan səfirliyi də fəaliyyət göstərir. 200 min yəhudi dininə mənsub azərbaycanlılar bu ölkədə yaşayır. Azərbaycan lazım olarsa,  İsrailə həkim briqadası da göndərməlidir. Buna baxmayaraq, Azərbaycan İsrail-Fələstin münaqişəsinin BMT çərçivəsində həllini daim dəstəkləyib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...