"Sülhməramlılar Qarabağda qalacaq, çünki..." - Rusiya rəsmisindən KRİTİK AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Qarabağdakı sülhməramlıların taleyinin necə olacağını açıqlayıb. 


Sfera.az xəbər bununla bağlı Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzi RBK-ya danışıb. 


O müsahibəsində qeyd edib ki, sülhməramlıların Qarabağda varlığının davam etməsi Moskva ilə Bakı arasında müəyyən edilən kanallar vasitəsilə müzakirə ediləcək.


Nazir müavini bildirib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq. 


Onun sözlərinə görə, sülhməramlıların qalmasını zəruri edən birinci məsələ Qarabağda qalan erməni sakinlərinin özünü rahat hiss etməsi ilə bağlıdır. Nazir müavininin qənaətincə sülməramlıların qalması Qarabağı tərk edən ermənilərin geri qayıtması üçün də əhəmiyyətlidir:

 

“Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıdacağını istisna etmək olmaz. Sülhməramlıların olması bu insanlar üçün əlavə rahatçılıq yaradan amil olacaq”. 

 

Qaluzin sülhməramlıların qalmasını tələb edən ikinci amilin Qarabağ erməniləri ilə Bakı arasında danışıqları davam etdirmək zərurəti ilə bağlı olduğunu vurğulayıb.

 

O xatırladıb ki, Bakı ilə Qarabağ erməniləri arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir:

 

“Qarabağın gələcək inkişafı ilə bağlı çoxlu mürəkkəb məsələlər var. Bu məsələlər Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ erməniləri və Azərbaycan hakimiyyət orqanları arasında aparılan danışıqlarla həll olunur".


Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20 tarixlərində keçirdiyi antiterror əməliyyatdan sonra Qarabağda yaradılan qondarma rejim ləğv edilib. Antiterror əməliyyatından sonra rejimin nəzarətində olan ərazilər də Azərbaycana təhvil verilib. 


Bu prosesə uyğun olaraq ərazidə xidmət aparan Rusiya sülhməramlılarının müşahidə postları da yığışdırılır. Rusiya rəsmi dairələri bəyan edib ki, bundan sonra sülhməramlıların ərazidə qalması yalnız Bakı və Moskva arasında müzakirə olunacaq.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...