Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət
10:20 / 09.10.2023
6118
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
“Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”, - məlumatda qeyd olunub.