\"Neftçi\" - \"Qarabağ\" oyunundakı hadisəylə bağlı DİN-dən AÇIQLAMA

\

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasında 9-cu turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçında meydan sahiblərinin azarkeşləri stadionu tərk ediblər.

 

Belə ki, "Forza Neftçi" fan klubunun üzvləri polis əməkdaşlarının onlara pankart açmağa icazə vermədiyi üçün tribunaları tərk ediblər.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı, polis mayoru Anar Qafarov Offsideplus.az-a açıqlamasında bildirdi ki, bu addım stadiona toplaşan digər azarkeşlərin təhlükəsizliyi məqsədilə atılıb:

 

"Kütləvi idman oyunlarında azarkeşlərin təhlükəsizliyi məqsədilə hansısa şüar, çağırış olan bannerlərin qaldırılmasına icazə verilmir. Oyunlarda ictimai qaydanın mühafizəsi şərtsiz tələbdir. Tərəflər arasında hər hansı gərginliyin yaranmasına səbəb ola biləcək hallar xidmətə cəlb edilən əməkdaşların fəaliyyətinin əsas hissəsi olmaqla diqqət mərkəzində saxlanılır".

 

Bildirək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Qarabağ" 1:0 hesabıyla öndədir.


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...