İsrailə hücumda bu ölkənin əli var - Hersoq
Dünya
21:20 / 07.10.2023
7015
"Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə etməsinin vaxtı çatıb".
Bunu İsrail prezidenti İshak Hersoq öz "X" sosial şəbəkə hesabında yazıb.
Prezident bildirib ki, İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək.
"İsrail bütün çətinliklərin öhdəsindən gələcək", - İ.Hersoq qeyd edib. (Report)