İsrail ölkəyə daxil olan Həmas döyüşçülərinin SAYINI AÇIQLADI

İsrail ölkəyə daxil olan Həmas döyüşçülərinin SAYINI AÇIQLADI

İslamçı HƏMAS hərəkatının İsrail ərazisinə daxil olan döyüşçülərinin sayı yüzlərlədir.

 

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə İsrail polisindən məlumat verilib .

 

"Söhbət 200-300 nəfərdən gedir", - idarədən aydınlıq gətirilib.

 

Onlarla insan hələ də İsrail ərazisində gizlənir, polis sözçüsü vurğulayıb.

 

İsrail oktyabrın 7-də fələstinlilərin kütləvi atəşinə mərzu qaldıqdan sonra Qəzzada əməliyyata başladığını elan edib.

 

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığında davamlı hərbi kampaniyanın tərəfdarı olduğunu açıqlayıb.(publika.az)

 


OXŞAR XƏBƏRLƏR