Aİ HƏMASI Qəzzada olan israilli girovları dərhal azad etməyə ÇAĞIRDI

Aİ HƏMASI Qəzzada olan israilli girovları dərhal azad etməyə ÇAĞIRDI

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell HƏMAS terror qruplaşmasının kütləvi hücumu zamanı əsir götürülərək Qəzzaya aparılan şəxsləri dərhal azad etməyə çağırıb.

 

Sfera.az  “The Times of Israel”ə istinadən xəbər verir ki, Borrell bu barədə "X" sosial şəbəkəsində yazıb: 

 

"Mülki vətəndaşların evlərində və Qəzzada girov saxlanılması xəbərləri dəhşətlidir Bu, beynəlxalq hüquqa ziddir. Girovlar dərhal azad edilməlidir”.

 

Xatırladaq ki, HƏMAS terror qruplaşması bu səhər Qəzza zolağı ilə sərhəddəki hərbi bazaya hücum zamanı üzvlərinin bir neçə İsrail əsgərini əsir götürdüyünü əks etdirən görüntülər yayımlayıb.

 

İnternetdə yayılan digər görüntülərdə terror qruplaşması tərəfindən girov götürülənlər arasında mülki israillilərin olduğu da iddia edilir.

 

İsrail Müdaifə Nazirliyi hələlik iddialara münasibət bildirməyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...