Qəzzada nə baş verir? - Bu dəfə İsrail HƏMAS-ı daha sərt cəzalandıracaq

Qəzzada nə baş verir? - Bu dəfə İsrail HƏMAS-ı daha sərt cəzalandıracaq

Bu gün səhər HƏMAS-ın silahlı qanadının nəzarətində olan Qəzza zolağından İsrailə aid yaşayış məntəqələrinə raket zərbələrinin həyata keçirilməsi, eyni zamanda qurudan silahlı birləşmələrin İsrailə hücumu yeni müharibənin başlanmasına səbəb olub. 


Sfera.az xəbər verir ki, açıqlanan ilkin məlumatlara görə, budəfəki gərginlik adi qarşıdurmaya deyil, müharibəyə çevrilməsi ehtimalı yüksəkdir. Buna görə də əvvəlki qarşıdurmalardan daha ağır nəticələrin olacağı, daha çox əsgər və mülki şəxslərin həlak olacağı proqnozlaşdırılır.


Xatırladaq ki, indiyə qədər HƏMAS-ın silahlı qanadı ilə İsrail ordusu arasında bir neçə dəfə lokal qarşıdurma olub. Amma bu dəfə baş verənlər yəqin ki, İsrail dövlətini daha sərt tədbirlər görməyə vadar edəcək. 


Ümumiyyətlə, İsraillə HƏMAS arasında baş verən gərginlik 1948-ci ildən başlayan siyasi-hərbi qarşıdurmanın davamıdır. 1948-ci ildə Fələstin ərzisində İsrail və Fələstin dövlətinin yaradılması regionda irili-xırdalı çoxlu sayda münaqişənin baş verməsinə səbəb olub. 


Bu münaqişələrdən 4-dü daha böyük olmaqla tarixin yaddaşında İsrail-ərəb müharibəsi kimi qalıb. İlk müharibə 1948-ci ildə, ikincisi 1956-cı ildə, üçüncüsü 1967-ci ildə və sonuncusu 1973-cü ildə baş verib.


Hər dörd müharibədə İsrail ordusu qalib gəlib. Ərəblər İsraillə bacara bilmədiklərini anladıqdan sonra yəhudilərlə sülh müqaviləsi imzalayaraq İsrail dövləti ilə hesablaşmalı olublar. 


Müharibələr nəticəsində ərəblərin sıx məskunlaşdığı və Fələstin hökumətinin nəzarətində olan ərazilər iki hissəyə  - Qəzza zolağına və İordan çayının qərb sahili adlanan ərazilərə bölünüb.


Qəzza zolağının sahəsi 365 kvadrat kilometrdir və burada 2,4 milyon insan yaşayır. İordan çayının qərb sahilinin ərazisi isə 5,655 kvadrat kilometrdir və bu ərazidə 3 milyon insan yaşayır. 


İordan çayının qərb sahilinin ərazisi İsrail və İordaniya arasında yerləşir. Bura Fələstinin əsas hissəsini təşkil edir. Ərazi Fələstin hökuməti və İsrail dövləti tərəfindən idarə olunur, buradan İsrailə qarşı ciddi təhlükə yoxdur. 


Fələstinin digər ərazisi olan Qəzza sektorunda isə vəziyyət fərqlidir. Region 2006-cı ildən İsrailin başağrısına çevrilib. Qəzza sektoru İsrail, Misir və Aralıq dənizi ilə əhatə olunub. 


Bu sektorda 2006-cı ildə keçirilən seçkilərdə hakimiyyətə HƏMAS-ın silahlı qanadının nümayəndələri gəlib. 


2006-cı ildə Fələstin parlamentinə keçirilən seçkilərdə HƏMAS çoxluğu qazandıqda, müxalif siyasi partiya, FƏTH təklif olunan koalisiyaya qoşulmaqdan imtina etdi. Bu vəziyyətdə Fələstin Administrasiyası İordan çayının qərb sahilində HƏMAS-sız bir hökumət qurdu. HƏMAS isə Qəzzada təkbaşına hökumət yaratdı. 


FƏTH Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı çıxanda iki fələstinli qrup arasında qısa vətəndaş müharibəsi də baş verib. Bu qarşıdurmalarda HƏMAS qalib gəldi və FƏTH-in rəsmilərini, təhlükəsizlik aparatının üzvlərini Qəzza zolağından qovdu. Məhz bundan sonra Qəzzada yeganə idarəedici qüvvə HƏMAS-ın silahlı qanadıdır. HƏMAS-ın silahlı qanadına İranın da böyük dəstək verdiyi bildirilir. Qəzza zolağının dənizə çıxış imkanının olması müxtəlif yollarla bura silah gətirilməsinə imkan yaradır. Buna görə də HƏMAS ara-sıra İsrailə qarşı hücumlar həyata keçirə bilir. 


Bu gün başlanan yeni müharibənin nəticəsində HƏMAS-ın ciddi zərbə alması, siyasi hakimiyyətinə son verilməsi mümkündür. Əgər HƏMAS hakimiyyətdə qalmaqda davam edərsə və region silahsızlaşdırılmasa, qarşırumalar davam edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...